Bərzani, ABŞ-ın Bağdad səfirini qəbul edib

İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Neçirvan Bərzani, ötən gün ABŞ-ın Bağdad səfiri Robert Stephen Beecroftu qəbul edib.

102609
Bərzani, ABŞ-ın Bağdad səfirini qəbul edib

İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Neçirvan Bərzani, ötən gün ABŞ-ın Bağdad səfiri Robert Stephen Beecroftu qəbul edib.
Məlumatlara görə, Bərzaninin mənzil qərargahında reallaşan görüşdə, İraq Şam İslam Dövlətinin Mosulda idarəni ələ keçirməsi ilə bərabər ölkədə hökm sürən vəziyyət müzakirə olunub. Bağdad hökumətinin izlədiyi siyasət və tətbiqlər nəticəsində ölkənin yaşadığı son böhran mövzusunda eyni fikiri paylaşan Bərzani və Beecroft, hərbi yollarla tək başına problemləri həll edə bilməyəcəyini, bunun üçün siyasət yolu ilə nəticə əldə olunmasının lazım olduğunu vurğulayıb.
Bərzani, "İraqda dinclik və sabitliyin yaradılması üçün milli və sülh həll yolu tapılmalıdır. Bütün etnik və dini ünsürlərin İraqın rəhbərliyində şərik olaraq iş görəcəkləri şərait yaradılmalıdır. Heç bir tərəf özünü siyasətin xaricində və iqtidardan təcrid olaraq görməməlidir” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr