İŞİD-in Mosulu ǝlǝ keçirmǝsi narahatlıq doğurub

İraqda İŞİD tǝşkilatının ölkǝnin ikinci böyük şǝhǝri Mosulu ǝlǝ keçirmǝsi vǝ irǝlilǝmǝkdǝ davam etmǝsi beynǝlxalq sahǝdǝ narahatlıq doğurub.

90978
İŞİD-in Mosulu ǝlǝ keçirmǝsi narahatlıq doğurub

İraqda İŞİD tǝşkilatının ölkǝnin ikinci böyük şǝhǝri Mosulu ǝlǝ keçirmǝsi vǝ irǝlilǝmǝkdǝ davam etmǝsi beynǝlxalq sahǝdǝ narahatlıq doğurub.
ABŞ Dövlǝt Katibliyi tǝrǝfindǝn verilǝn yazılı açıqlamada, Mosuldakı vǝziyyǝtin çox ciddi olduğu ifadǝ edilib.
Açıqlamada Amerika rǝhbǝrliyinin anlaşmalar çǝrçivǝsindǝ İraq hökumǝtinǝ lazımı kömǝkliyi göstǝrǝcǝyi dilǝ gǝtirilib.
Ağ evin sözcüsü dǝ, İraq hökumǝtinǝ xalqın ehtiyaclarına daha çox cavab vermǝsi vǝ tǝhlükǝsizlik tǝdbirlǝrini artırması barǝdǝ çağırış edib.
ABŞ-ın keçmiş İraq sǝfiri James Jeffrey, Malikinin İŞİD silahlıları qarşısında mǝğlub olması, Washingtona Malikinin yerinǝ alternativlǝri düşünmǝ zamanının gǝlib çatdığını göstǝrir” deyib.
İraqda ötǝn aprel ayında keçirilǝn seçkidǝ üçüncü dǝfǝ qǝlǝbǝ qazanan Maliki, hǝlǝ dǝ yeni koalisiya hökumǝtini formalaşdıra bilmǝyib.
BMT Baş katibi Ban Ki Moon da, İraqla bağlı narahatlığını dilǝ gǝtirib, böhranın qanunlar vǝ demokratiya ǝsasları çǝrçivǝsindǝ hǝllini tapmasını istǝyib.
Ban, İŞİD tǝşkilatına qarşı İraq hökumǝtilǝ regional Kürd rǝhbǝrliyinin ǝmǝkdaşlıq etmǝsini tövsiyǝ edib.
Әrǝb Dövlǝtlǝri Liqası Baş katibi Nǝbil ǝl-Әrǝbi dǝ, verdiyi açıqlamada, İŞİD tǝşkilatının hücumlarını qınayaraq, İraqdakı bütün siyasi vǝ milli qrupları, terror hücumlarına qarşı cǝhdlǝrini birlǝşdirmǝyǝ çağırıb.
Yaponiyada olan Avstraliya Müdafiǝ naziri David Johnston, İraq hökumǝtinǝ yardım tǝklif etdikdǝ, İran, İraqda yaşananlara qarşı beynǝlxalq ǝmǝkdaşlığa hǝr zaman olduğundan daha çox ehtiyac olduğunu bildirib.
Orta Şǝrq üzrǝ mütǝxǝssislǝr, tǝşkilatın, Mosulu ǝlǝ keçirmǝsinin, İraq qüvvǝlǝrinin böyük şǝhǝrlǝrini bǝlǝ müdafiǝ edǝcǝk vǝziyyǝtdǝ olmadığını göstǝrdiyini düşünür.
Beyrutdakı Amerika Universitetindǝ vǝzifǝli Dr. Rami Kuri, tǝşkilatın bir sonrakı hǝdǝfinin İraqdan başqa ölkǝlǝr olduğunu irǝli sürüb.
Müşahidǝçilǝr, qǝrbli ölkǝlǝrin Suriyada olduğu kimi İraq mǝsǝlǝsindǝ dǝ sadǝcǝ açıqlamalarla kifayǝtlǝnǝcǝklǝrini, başqa addım atmalarını gözlǝmǝdiklǝrini bildiriblǝr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr