Livanda Qüds və Məscid-i Əqsa yürüşü

Beyrut küçələrində və BMT-nın Elm Təhsil və Mədəniyyət Təşkilatı (UNESCO) binası qarşısında nümayiş təşkil edilib.

87854
Livanda Qüds və Məscid-i Əqsa yürüşü

Dünya Qüds yürüşü tәdbiri çәrçivәsindә Livanın paytaxtı Beyrut küçələrində və BMT-nın Elm Təhsil və Mədəniyyət Təşkilatı (UNESCO) binası qarşısında nümayiş təşkil edilib.
Qüdsün "İsrail işğalından" qurtarılması məqsədiylə təşkil edilən nümayişə çox sayda din xadimi dә qatıldı.
Fələstinlilərin "Torpaq İtirmə Günü" dedikləri Nekse-nin 47-ci ildönümü səbəbiylə 42 ölkədə Qüds və Məscid-i Əqsaya dəstək olunması məqsədiylə yürüş təşkil edilir.
İsrailin 1967-ci ildə Qərbi Şəriyə, Şərqi Qüds və Qəzzanı işğal etməsiylə nəticələnən 6 Gün Döyüşünün başladığı 5 İyun, "Yevmun-Nekse", "Torpaq İtirmə Günü" adıyla xatırlanır. Fələstinlilər Nekseni, 1948-ci ildə İsrailin müstəqilliyini elan etməsi və Fələstinlilərin zəruri köçü mənasında istifadə etdikləri "Nekbenin", yəni "Böyük Fəlakət" in davamı olaraq xarekterizә edirlәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr