Suriyada qarşıdurmalar sәngimir

Suriyada hәyata keçirilәn әmәliyyatlarda daha 61 nәfәr hәyatını itirib.

81044
Suriyada qarşıdurmalar sәngimir

Bәşәr Əsəd qüvvәlәri tәrәfindәn ölkə daxilində hәyata keçirilәn әmәliyyatlarda daha 61 nәfәr hәyatını itirib.
Rejim qüvvәlәri, rəhbərlik əleyhdarlarının nәzarәtindә olan bölgələrə avia-zәrbәlər tәşkil etmәkdә davam edirlәr.
Suriya Ümumi İnqilab Şurasının mәlumatına görә, hәrbi vertolyotların Hələb və paytaxt Dәməşqdә hәyata keçirdiklәri avia-zәrbәlәrdә xeyli sayda evlər dağıdılıb.
Digәr tәrәfdәn, Azad Suriya Ordusuna mәnsub qüvvәlәrin Homsda bir döyüş təyyarəsini vurduqları bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr