Küveyt əmiri Sabah Əhməd Cabir İranda

Körfəz ölkələri ilə İran arasındakı münasibәtlәr yaxşılaşmağa doğru gedir.

80150
Küveyt əmiri Sabah Əhməd Cabir İranda

Suriyadakı vətəndaş müharibəsi səbəbiylə gәrginliyin hökm sürdüyü Körfəz ölkələri ilə İran arasındakı münasibәtlәr yaxşılaşmağa doğru gedir.
Səudiyyə Ərəbistanı İran ilə müzakirəyə hazır olduğunu açıqladıqdan sonra digər Körfəz ölkəsi olan Küveyt əmiri Sabah Əhməd Cabir İrana gedib.
İqtidarda olduğu 2006-ci ildən bəri ilk dəfə İrana sәfәrә gedәn Küveyt Emirini 5 nazir müşayiәt edir.
Küveyt əmiri Cabir, İrana sәfәri çәrçivәsindә dövlәt başçısı Həsən Ruhani və Dini Lider Ayətullah Əli Xameneyi ilə görüşəcək. Danışıqlarda ikitərəfli əlaqələr vә regional mövzular müzakirә edilәcәk.
Qeyd edәk ki, Küveyt tərəfi, İran ilə Səudiyyə Ərəbistanı arasındakı problemlərin həlli üçün vasitəçilik edә bilәcәyini açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr