Emrullah İşlər Qaradağa rəsmi səfər edib

Baş nazirin köməkçisi Emrullah İşlər Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi layihələrinin açılışında iştirak etmək üçün Qaradağa rəsmi səfər edib.

76892
Emrullah İşlər Qaradağa rəsmi səfər edib

Baş nazirin köməkçisi Emrullah İşlər Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi layihələrinin açılışında iştirak etmək üçün Qaradağa rəsmi səfər edib.
Emrullah İşlər prezident Filip Vuyanoviç ilə görüşüb. Filip Vuyanoviç dövlǝt başçısı Abdullah Gül və Baş nazir Rəcəp Tayyib Ərdoğana salamlarını çatdırıb.
Türkiyənin, Qaradağın həm Avropa İttifaqına, həm də NATO-ya üzvlüyünə dəstək oldugunu deyən Emrullah İşlər Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin bu ölkədəki Osmanlı əsərlərinin bərpa olunması eləcə də digər sahələrdə layihələrin həyata keçirilməsində kömək etdiyini deyib.
Emrullah İşlər daha sonra Qaradağlı həmkarı Rafet Husoviç ilə görüşüb.
Husoviç hər iki ölkə arasındakı əlaqələrin yaxşı olduğunu deyib, ölkələrindəki layihələrin həyata keçirilməsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin rolunu xüsusi vurgulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr