Misirdә prezident seçkisinin müddəti bir gün uzadılıb

Misirdә mübahisәli prezident seçkisinin müddəti bir gün uzadılıb.

75132
Misirdә prezident seçkisinin müddəti bir gün uzadılıb

Misirdә mübahisәli prezident seçkisinin müddəti bir gün uzadılıb.
Qәrarın seçkinin ikinci günündә dә seçici fəallığının zəif olması sәbәbindәn qәbul edildiyi bildirilib.
Güclü siyasi rәqiblәrinin seçkiyә qatılmasını qadağan edәn general Əbdülfәttah Əs Sisi seçkilәrin favoritidir.
Sisinin yәganә rәqibi çox aşağı sәs potensialına malik solçu partiyanın nümayәndәsi Hamdin Sabahidir.
Rәsmi rәqәmlәr hәlә açıqlanmasa da, seçkilәrdә seçici fəallığının yalnız 25 faiz olduğu bildirilib.
Qeydiyyatda 54 milyon seçici olmasına baxmayaraq sәs verәnlәrin sayı 10 milyon belә olmayıb.
Polisin bәzi bölgәlәrdә xalqa tәzyiq edәrәk sәs verməyə apardığı barәdә iddalar irəli sürülüb.
Ədliyyә Nazirliyi sәs vermәyәnlәrә cәrimә kәsilәcәyini açıqlayıb. Misir mediası isə sәs vermәyәnlәri vәtәnә xәyanәtdә günahlandırıb.
Sosial şәbәkәdәki görüntülәrin isә seçkilәrlә bağlı mübahisәlәri artıracağı ehtimal olunur.
Görüntülәrdә sәsvermә məntəqələrindəki nümayəndələrin boş bülletenlәri doldurduğu görünür.
Misir hökumәti vә mediasının 10 aydan bәridir Sisini “ölkәyә rәhbәrlik edә bilәcәk yәganә şәxs“ olaraq irәli sürmә sәylәrinә diqqәt çәkilәrәk seçicilәrin sәs vermәyәrәk bu sәylәri puça çıxardığı, Sisi vә tәrәfdarlarının ağır bir mәğlubiyyәtlә üzlәşdiyi bildirilir.
Digәr tәrәfdәn seçki prosesindәki pozuntulara etiraz edən misirlilәr Qahirә vә İskәndәriyyә daxil olmaqla müxtәlif şәhәrlәrdә aksiyalar keçirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr