Türkiyә,Türkdilli Ölkələr Sammitinә keçiriləcək

Bodrumda dövlət başçısı Abdullah Gülün ev sahibliyi ilə Türkdilli Ölkələrin Sammiti keçiriləcək.

151634
Türkiyә,Türkdilli Ölkələr Sammitinә keçiriləcək

İyunun 4-də Bodrumda dövlət başçısı Abdullah Gülün ev sahibliyi ilə Türkdilli Ölkələrin Sammiti keçiriləcək. Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstanın iştirak edəcəyi sammitə bu il Türkmənistan da qatılacaq. Özbəkistanın isə bir müddət sonra toplantıda iştirak etməsi nəzərdə tutulur. Əvvəlcə Vaşinqton, Berlin və Parisdə təşkil edilməsi planlaşdırılan regional diaspor mərkəzləri və dünyada yaşayan türklər bir araya gətiriləcək. Məqsəd bu cür əhəmiyyətli məsələlərdə ictimai fikir formalaşdırmaqdır. Diplomatiya Müxbirləri Dərnəyinin üzvləri qarşısında çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı türk diasporunun nüfuzunun o qədər də təsrili olmadığını söyləyib. Onun sözlərinə görə, birlikdə addımlar ataraq türk diasporunun nüfuzunu artırmaq, ortaq mənafeləri qorumaq vacibdir. “Ortaq tarixi kitab” layihəsi isə gənclərə ortaq mədəniyyət və keçmişi tanıtmaq məqsədi daşıyır. Qeyd edək ki, gələn ildən türkdilli ölkələrin ilk və orta təhsil proqramlarına ortaq tarix kitabları da salınacaq. Təhlükəsizliklə bağlı məsələlər də Bodrumda keçiriləcək sammitdə müzakirə olunacaq. Digər əhəmiyyətli layihə isə turizmlə bağlıdır. Belə ki, ortaq coğrafiyanın bir parçası olan tarixi İpək Yolu üzərində bir turzm paketi yardılaraq həm bölgə, həm də dünya üçün cəlbedici vəziyyətə gətiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr