Suriyada gərginlik səngimir

Bəşər Əsədə sadiq qüvvələrin ölkə daxilində həyata keçirdiyi əməliyyatlarda daha 82 nəfər ölüb.

70206
Suriyada gərginlik səngimir

Suriyada gərginlik səngimir. Bəşər Əsədə sadiq qüvvələrin ölkə daxilində həyata keçirdiyi əməliyyatlarda daha 82 nəfər ölüb. Suriya İnqilabi Şurası isə Azad Suriya Ordusunun Hələbin Bereyc bölgəsində Əsəd qüvvələrinə hücum təşkil etdiyini açıqlayıb. Hücum zamanı 25 rejim əsgəri zərərsizləşdirilib. Tərəflər arasında şiddətli döyüşlərin getdiyi, bir tankın partladıldığı da bildirilir. Bu arada, Fransa prezidenti Fransua Olland Suriya Müxalif və İnqilabi Qüvvələr Koalisiyasının rəhbəri Əhməd Carba ilə görüşüb. Olland kimyəvi silahlardan istifadə etməyə davam edəcəyi təqdirdə Suriya rejiminə qarşı yeni sanksiyalar tətbiq olunacağını deyib. Suriyada yeganə qanuni rejijmin Suriya Müxalif və İnqilabi Qüvvələr Koalisiyası olduğunu bildirən Fransua Olland Parisdə koalisiya üçün səfrilik açılacağını da vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr