İraqda keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlan

İraqda aprelin 30-da keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb.

69907
İraqda keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlan

İraqda aprelin 30-da keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb. Nəticələrə əsasən, heç bir partiya lazımi səs çoxluğunu ədə edə bilməyib. Hökuməti formalaşdırmaq üçün parlamentdə 165 kürsüyə sahib olmaq mütləqdir. Nuri Əl Malikinin koalisiyaya gedərək yaradaraq hökuməti formalaşdıracağı bildilirilr. Qanun Dövlət Koalisiyası ilə seçkilərə gedən və 93 kürsü qazanan Malikinin bu dəfə də baş nazir olacağı gözlənilir. Kürdlərin isə parlamentdəki təmsilçilərini sayı artıb. 2010-cu ilə keçirilən seçkilərdə 52 yer qazanan kürdlər bu seçkilərdə 62 yer əldə ediblər. Bundan əvvəlki seçkilərdə 13 partyanın ittifaqından ibarət Birləşmişlər Hərəkatı Koalisiyası ilə seçkilərdə iştirak edən və 91 kürsü əldə edərək seçkinin qalibi olan Sünni Ərəblər isə səs itirib. Bu seçkilərdə Sünni bloklar cəmi 54 yer qazanıb. Seçkidə zəif iştirak edən türkmənlər isə 10 millət vəkili yerinə sahib olublar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr