Obama, Əhməd Əl Carba ilə görüşüb

Obama Bəşər Əsədin legitimliyini itirdiyini ve Suriyanın gələcəyində yeri olmadığını bir daha dilə gətirib.

67411
Obama, Əhməd Əl Carba ilə görüşüb

ABŞ prezidenti Barack Obama Suriya Müxalif ve İnqilabi Qüvvələrin Milli Koalisiyasının rəhbəri Əhməd Əl Carba ilə görüşüb.

Obama Bəşər Əsədin legitimliyini itirdiyini ve Suriyanın gələcəyində yeri olmadığını bir daha dilə gətirib.

Ağ Evden verilən açıqlamada hər iki tərəfin Suriyada yeni hökumət qurulması üçün siyasi həll yoluna tərəfdar olduğu bildirilib.

Obama Suriya müxalifətini prosesə verdiyi dəstəyə görə təbrik edib ve koalisiyanın bütün suriyalıları əhatə edəcək hökumət anlayışını mənimsəməsini istəyib.

Əsəd rejiminin dinc əhalini hedəf almasını qınayan Obama, yardımların çatdırılmasına mane olaraq insanların aclıqdan öldüyünü bildirib.

Həmçinin bölgəyə ediləcək yardımların ehtiyacı olanlara çatdırılmasında Əsəd rejiminin məsuliyyət daşıdığı qeyd edilib.

Açıqlamada Suriya rejiminin seçkilərə mane olmaq planlarının qeyri-qanuni olduğu ve Amerika rəhbərliyinin müxalifətə yardımının davam edəcəyi bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr