Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı 1 nəfər ölüb, iki nəfər yaralanıb

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub

1938562
Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı 1 nəfər ölüb, iki nəfər yaralanıb

"Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hücumla bağlı araşdırmaların davam etdiyi və təfərrüatlarla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr