Leyla Abdullayeva Edilli kəndində aşkarlanan daha bir kütləvi məzarlıqla bağlı paylaşım edib

Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib.

1888430
Leyla Abdullayeva Edilli kəndində aşkarlanan daha bir kütləvi məzarlıqla bağlı paylaşım edib
Edille köyü-Azerbaycan

Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir: “12 hərbçinin cəsədlərinin qalıqları aşkarlanıb. Hərbi cinayətlər haqqında danışanların diqqətinə: Birinci Qarabağ müharibəsi dövründə 4000 azərbaycanlı itkin düşüb, onların əksəriyyətinə işgəncə verilib, öldürülüb və kütləvi qəbiristanlıqda dəfn edilib”.

Qeyd edək ki, erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi basdırdıqları daha bir məzarlıq tapılıb.

Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.

Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

Bu, Edilli kəndində ermənilərin azərbaycanlıları vəhşicəsinə öldürərək kütləvi basdırdıqları növbəti məzarlıqdır. Fevral ayında Fransa, Niderland, Çexiya, ABŞ, Ukrayna, Moldova, Türkiye, Şimali Kipr, Malayziya, Yaponiya, Misir, Əlcəzairdən olan 26 jurnalist Xocavəndin Edilli kəndində tapılan birinci məzarlıqda erməni vandalizmini lentə alıb.



Әlaqәli Xәbәrlәr