Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində Azərbaycan mövqelərini atəşə tutub

Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

1656311
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində Azərbaycan mövqelərini atəşə tutub

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir. Məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələri bölmələrinin nəzarəti altındadır.



Әlaqәli Xәbәrlәr