“Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk qrupunun iştirakı ilə həllini tapacaq", S.Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağın statusu məsələsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə nəticələnəcəyini bildirib.

1654822
“Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk qrupunun iştirakı ilə həllini tapacaq", S.Lavrov

“Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk qrupunun (ABŞ, Fransa və Rusiyanın həmsədrlərindən əlavə Türkiyə,Belarus, Almaniya, İtaliya, Portuqaliya, Hollandiya, İsveç, Finlandiya və problemin tərəfmüqabilləri olan Azərbaycan və Ermənistan) iştirakı ilə nəticələndirilə bilər". 

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda bildirib.

Onun sözlərinə görə, məsələ ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə nəticələnəcəkdir. İndiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur: “Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq".

Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin hələ həllini tapmadığına diqqət çəkən Lavrov “Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi fəaliyyət göstərir. Bu, ümumi razılığın çox faydalı komponentidir və türkiyəli həmkarlarımızın prosesə cəlb olunmasını hiss etdirir. Bu, sabitləşdirici faktordur" deyib

 



Әlaqәli Xәbәrlәr