Füzulidə 3 mülki şəxs minaya düşüb, 1-i ölüb

Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən Ermənistan əsgərlərinin basdırdıqları minaya düşüb.

1576216
Füzulidə 3 mülki şəxs minaya düşüb, 1-i ölüb

Azərbaycanın işğaldan azad etdiyi Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən Ermənistan əsgərlərinin basdırdığı minaya düşüb.

Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumatda  avtomobillə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Yağlıvənd kəndi ərazisində hərəkətdə olarkən Ermənistan əsgərləri tərəfindən basdırılan tank əleyhinə minaya düşməsi nəticəsində üç mülki şəxs minaya düşüb. Onlardan biri həlak olub, digər ikisi isə müxtəlif dərəcəli bədən xəsaratı alıb.

Daha əvvəl də Ermənistan əsgərləri tərəfindən basdırılan minalara düşən Azərbaycanlı dinc vətəndaşlar və əsgərlər həyatını itirib. 

 

 



Әlaqәli Xәbәrlәr