Ağdamda 3 nəfər minaya düşüb

Azərbaycanın düşməndən xilas etdiyi ərazilərdə üç nəfər minaya düşüb.

1545106
Ağdamda 3 nəfər minaya düşüb

Azərbaycan Baş Prokurorluğu və və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, bazar günü bir hərbiçi və 2 mülki vətəndaş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində piyada əleyhinə minaya düşüb və nəticədə bir mülki şəxs həyatını itirib, İki nəfər xəsarət alıb.

Baş Prokurorluq hadisədən sonra xalqdan işğaldan azad edilmiş ərazilərə minalardan tamamilə təmizlənənə qədər daxil olmamalarını istəyib.

Xatırladaq ki, bir müddət əvvəl də Ermənistan silahlı qüvvələri tərəfindən minalanmış ərazilərdə partlayış nəticəsində beş azərbaycanlı həyatını itirdi.

 



Әlaqәli Xәbәrlәr