İki qardaş ölkənin prezidentləri Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsinə həsr olunan Zəfər paradına qatılmaq üçün paytaxt Bakıdadır.

1543001

Dekabrın 9-da bu ölkəyə gedən Prezident Ərdoğan əvvəlcə bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.

Daha sonra Türkiyə və Azərbaycan prezidentləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Dövlət başçıları şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Azərbaycan və Türkiyə dövlət başçıları “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. 
Dövlət başçıları daha sonra birlikdə Zəfər paradında iştirak edəcəklər.

Prezident Ərdoğan üçün Gənclik Sarayında rəsmi qarşılama mərasimi keçiriləcək.

Görüşlərdən sonra iki lider gündəmi qiymətləndirmək üçün birgə mətbuat konfransında iştirak ədəcək.

Әlaqәli Xәbәrlәr