Bu gün Bakıda “Zəfər paradı” keçiriləcək

Bu gün Azərbaycanda Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.

1542714
Bu gün Bakıda “Zəfər paradı” keçiriləcək
Azerbaycan-geçit töreni-9.jpg
Azerbaycan-geçit töreni-7.jpg

Bu gün Azərbaycanda Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.

Bakının Azadlıq Meydanında keçiriləcək “Zəfər paradı”nı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Azərbaycanda səfərdə olan Prezident Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvlərinin izləməsi gözlənilir.

Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi nəzərdə tutulur.

Mərasimdə Azərbaycan ordusunun Ermənistan ordusundan ələ keçirdiyi zirehli texnika və digər silahlar da nümayiş olunacaq.



Әlaqәli Xәbәrlәr