Azərbaycanlılar həyəcanla dekabrın 10-da keçiriləcək hərbi paradı gözləyirlər

Azərbaycanlılar Dağlıq Qarabağda qazanılan qələbəni qeyd etmək üçün paytaxt Bakıda dekabrın 10-da keçiriləcək hərbi paradı mərasimini səbirsizliklə gözləyirlər.

1542555
Azərbaycanlılar həyəcanla dekabrın 10-da keçiriləcək hərbi paradı gözləyirlər
azerbaycan tören prova 1.jpg

Azərbaycanlılar Dağlıq Qarabağda qazanılan qələbəni qeyd etmək üçün paytaxt Bakıda dekabrın 10-da keçiriləcək hərbi paradı mərasimini səbirsizliklə gözləyirlər.

Ermənistanın işğalı altında qalan torpaqların azad edilməsi münasibətilə Bakıda küçələr, binalar Azərbaycan və Türkiyə bayraqları ilə bəzənib.

Hərbi hissələr və nəqliyyat vasitələri üçün yollar hazırlanıb, mərasimin keçiriləcəyi yerə gədəcək qonaqlar üçün platformalar qurulub.

Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə keçiriləcək mərasim üçün məşqlər keçirilir.

Müharibədə qəhrəmanlıq göstərən 3 min əsgərin keçəcəyi mərasimdə ordunun istifadəsi üçün müasir silah və texnika da yer alacaq.

Mərasimdə Azərbaycan ordusunun inventarında olan "Bayraktar TB2" SPUA-ları da nümayiş etdiriləcək.

Mərasimdə Azərbaycan ordusunun Ermənistan ordusundan ələ keçirdiyi zirehli texnika və digər silahlar da nümayiş olunacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan mərasimə fəxri qonaq olaraq qatılacaq.

Burada çıxış edəcəyi gözlənilən Ərdoğan İlham Əliyevlə birlikdə əsgərlərin paradını izləyəcək.

Mərasimə Azərbaycan əsgərlərindən əlavə, bordo beretli Türk əsgərləri də qatılacaq.



Әlaqәli Xәbәrlәr