M.Varank: "Dünya həyatını itirən günahsız azərbaycanlı qardaşlarımızın qarşısında lal və kardır"

Türkiyenin Sənaye və Texnologiya naziri Mustafa Varank, dünyanın 30 illik işğal, orada həyatını itirən mülki və günahsız azərbaycanlı qardaşlarımız qarşısında kar və lal olduğunu deyib..

1514837
M.Varank: "Dünya həyatını itirən günahsız azərbaycanlı qardaşlarımızın qarşısında lal və kardır"

"Təəssüf ki, dünya 30 illik işğal, orada həyatını itirən mülki və günahsız azərbaycanlı qardaşlarımız qarşısında kar və laldır". 
Bu barədə Sənaye və Texnologiya naziriı Mustafa Varank, Ərzurumda bir tədbirdə etdiyi çıxışında deyib.
"Azərbaycanlı qardaşlarımız böyük bir mübarizə içindədir. Təəssüf ki, dünya bu 30 illik işğala, orada həyatını itirən mülki və günahsız azərbaycanlı qardaşlarımıza qarşı kar və laldır. Gəncə şəhərində uşaq, yaşyı  demədən mülki insanları amansızcasına hədəf aldılar. Bir əsr əvvəl Ərzurum şəhərində  Hnçak-daşnaq quldur dəstələrinin etdiklərini təəssüf ki, 21-ci əsrdə Azərbaycanda da eyni mənzərələrin şahidi oluruq" deyib.
Mustafa Varank bütün dünya arxasını dönsə də Türkiyənin Azərbaycanın yanında olmağa davam edəcəyini söyləyib. Nazir Varank "Azərbaycanlı qardaşlarımıza hansı dəstəyi necə verməliyiksə tam və istisnasız olaraq verəcəyik. Biz bir millət, iki dövlətik. Bütün dünya bunu öyrənəcək" deyə vurğulayıb. 



Әlaqәli Xәbәrlәr