İtaliyanın paytaxtı Romada “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə aksiya keçirilib

İtaliyada yaşayan Azərbaycan Türkləri bu ölkənin parlamentinin Deputatlar Palatasının qarşısında “Ermənistanın təcavüzünü dayandırın!” şüarı ilə razılaşdırılmış aksiya keçiriblər.

1509959

İştirakçılar Ermənistanın Dağlıq Qarabağdakı işğalına və son hücumlarına etirazlarını bildiriblər və Azərbaycan Ordusuna dəstəklərini ifadə ediblər.

Aksiyada “Qarabağ Azərbaycandır!”, “Şuşa Azərbaycandır!”, “Xankəndi Azərbaycandır!”, “Xocalıya ədalət!”, “Erməni təcavüzünə son!”, “Erməni işğalına son!”, “Ermənistan əsgərləri Azərbaycan torpaqlarında nə edir?”, “BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir”, “Təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoyulmalıdır”, “Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünü pisləməlidir”, “Gəncə, güclü ol!”, “Tərtər, güclü ol!” və digər şüarlar səsləndirilib.

Әlaqәli Xәbәrlәr