İlham Әliyev: "Təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub"

Azәrbaycan prezidenti İlham Әliyev Türkiyәdәn aldıqları silahlı pilotsuz uçuş aparatları ilә Ermәnistana bir milyard dollar ziyan vurduqlarını deyib.

1509664
İlham Әliyev: "Təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub"

Azәrbaycan prezidenti İlham Әliyev Türkiyәdәn aldıqları silahlı pilotsuz uçuş aparatları ilә Ermәnistana bir milyard dollar ziyan vurduqlarını deyib.

‘‘France 24’’ telekanalına müsahibә verәn İlham Әliyev Azәrbaycanın Türkiyәdәn aldığı silahlı pilotsuz uçuş aparatların Dağlıq Qarabağda davam edәn qarşıdurmalardakı rolu ilә bağlı mәlumat verib.

Prezident İlham Əliyev deyib: "Əlbəttə, onlar çox müasir, inkişaf etmiş silahlardır. Sizə deyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır onlar bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çox güman ki, onu pulsuz əldə ediblər".

Azәrbaycan ordusu Ermәnistan ordusunun mülki yaşayış mәntәqәlәrinә atәş açması nәticәsindә sentyabrın 27-dә әks-hücuma başlamışdı.

Qeyd edәk ki, 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Ermәnistan atәşkәsә baxmayaraq oktyabrın 11-dә Azәrbaycanın Gәncә şәhәrinә hücum etmişdi, nәticәdә 10 nәfәr hәyatını itirmişdi, 35 nәfәr dә yaralanmışdı.



Әlaqәli Xәbәrlәr