Ermәnistanın xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib

Azәrbaycan ordusu Ermәnistan qüvvәlәrinә ağır zәrbәlәr endirmәyә davam edir.

1509371
Ermәnistanın xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib
Azerbaycan.png
Super foto_Azerbaycan.jpg

 

Azәrbaycan ordusu Ermәnistan qüvvәlәrinә ağır zәrbәlәr endirmәyә davam edir.

Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn bәyanatda Ağdәrә, Ağdam, Füzuli, Cәbrayıl vә Hadrut istiqamәtindә vәziyyәtin gәrgin olduğu bildirilib.

Azәrbaycan ordusu Ermәnistan qüvvәlәrinin gecә әrzindә tәşkil etdiyi hücumların qarşısını alıb. Ermәnistan qüvvәlәrinin ciddi itkilәr verәrәk geri çәkilmәk mәcburiyyәtindә olduğu ifadә edilib.

Nazirlikdәn verilәn bәyanatda bildirilib ki, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

İşğal altındakı bölgәlәrdәki Ermәnistan qüvvәlәrinә ağır zәrbәnin endirildiyi,düşmәnin texnika vә sursatının azaldığı bildirilib.                        

Azәrbaycan ordusunun humanitar atәşkәsә әmәl etdiyi, Ermәnistan qüvvәlәrinin isә atәşkәsi pozaraq Göranboy, Tәrtәr, Ağdam vә Ağcabәdiyә zәrbәlәr endirdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr