Gəncədə dağılan evlərin dağıntıları altından 5 cəsəd çıxarılıb

Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dağılan evlərin dağıntıları altından 27 yaralı və 5 cəsəd çıxarılıb.

1506635
Gəncədə dağılan evlərin dağıntıları altından 5 cəsəd çıxarılıb

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu oktyabrın 11-də gecə saat 2 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. Nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə cəlb olunmuş nazirliyin müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 27 nəfər və 5 nəfərin cəsədi çıxarılıb.

Əməliyyatın davam etdiyi bildirilib.

Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

Prezidentin köməkçisi bildirib ki, Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir. Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir. Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.

Hikmət Hacıyev, həmçinin bildirib ki, hazırda ən azı yeddi mülki şəxs, o cümlədən qadınlar öldürülüb. Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb.



Әlaqәli Xәbәrlәr