Türkiyədə fəaliyyət göstərən iş adamları birliklərinin erməni təxribatlarına dair birgə açıqlaması

Türkiyədə fəaliyyət göstərən iş adamları birlikləri son günlər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən təxribatlarla əlaqədar mətbuat üçün birgə açıqlama yayıblar.

1504023
Türkiyədə fəaliyyət göstərən iş adamları birliklərinin erməni təxribatlarına dair birgə açıqlaması
IMG_9515.JPG
Azerbaycanlı iş adamları birliği-2.jpg

Türkiyədə fəaliyyət göstərən iş adamları birlikləri son günlər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən təxribatlarla əlaqədar mətbuat üçün birgə açıqlama yayıblar.

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) rəhbərinin müavini Mikayıl Yusifov, Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK)-Azərbaycan İşgüzar Şurasının sədri Səlçuk Akat, Müstəqil Sənayeçi və İşgüzar Adamlar Dərnəyinin (MUSİAD) Azərbaycan şöbəsinin rəhbəri Əbdurrəhman Uzun, Bütün Sənayeçi və İşgüzar Adamlar Dərnəyinin (TÜMSİAD) Xarici Əlaqələr üzrə rəhbərinin vəkili Tolga Tunç, İqtisadi və Ticarət Dərnəyi (ETD) Azərbaycan İqtisadiyyat Ticarət Şurasının sədri Serdar Kurt, Anadolu Aslanları İş Adamları Dərnəyinin (ASKON) rəhbərinin müavini və xarici əlaqələr komitəsinin sədri Mehmet Bilici və Dünya Türkiyyat Şurası Dərnəyinin rəhbəri Osman Büyükkayanın imzası ilə yayılan açıqlamada deyilir: “Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başlayaraq Azərbaycanın müxtəlif bölgələrində atəşkəsi və beynəlxalq hüququ pozaraq ağır silahlardan istifadə etməklə yaşayış yerlərini və hərbi birləşmələrini hədəf alan hücumlarını şiddətlə qınayırıq. Bu hücumlar nəticəsində şəhid olan oğullarımızın əziz xatirəsini ehtiramla anır, yaxınlarına başsağlığı, müalicələri davam edən qəhrəman qazilərimizin tez bir zamanda sağalmasını diləyirik.

Beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququ çərçivəsində xalqını və Vətənini qorumaq məqsədilə göstərdiyi səylər qarşısında bütün gücümüz və imkanlarımızla Azərbaycanın yanındayıq.

Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını uzun illərdir işğal altında saxlayır. İşğalçı Ermənistan bu münaqişənin sahəsini genişləndirmək istəyir. Lakin bu çirkin hücumlar uğursuzluğa məhkumdur və Ermənistan səhv yoldadır. Beynəlxalq hüquqlara və qanunlara məhəl qoymayan Ermənistanın bu xain hücumları qarşısında biz Azərbaycan dövləti və Azərbaycan Ordusu tərəfindən veriləcək hər bir qərarın arxasındayıq, bölgədəki humanitar faciələrin qarşısını almaq üçün işğalçı Ermənistanın Azərbaycanın doğma yurdu olan bu torpaqlardan qeyd-şərtsiz çəkilməsinin vacibliyini vurğulayırıq. Ermənistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının qərarlarına hörmət etməli və dərhal tətbiq etməlidir. Beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki bu alçaq işğal və hücumlarını şiddətlə qınayır, ərazi bütövlüyünü bərpa etmək səylərində Azərbaycanın yanında olmağa davam edəcəyimizi ictimaiyyətin nəzərinə çatdırırıq”.



Әlaqәli Xәbәrlәr