MN: Azərbaycan Silahlı Qüvvələri indiyədək 22 yaşayış məntəqəsini işğaldan azad edib

Bütün cəbhə boyu şiddətli döyüşlər davam edir.

1502886
MN: Azərbaycan Silahlı Qüvvələri indiyədək 22 yaşayış məntəqəsini işğaldan azad edib

Bütün cəbhə boyu şiddətli döyüşlər davam edir.

Bu barədə Azərbaycan məlumat yayıb.

Bildirilib ki, cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələri düşmənin intensiv artilleriya və raket atəşinə məruz qalıb. Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab tədbirləri nəticəsində yaşayış məntəqələri atəşə tutan Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətlərdə atəş mövqeləri susdurulub, düşmənə sarsıdıcı zərbə endirilib.
Gün ərzində gedən şiddətli döyüşlər zamanı qoşunların şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olunub.
Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.
Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə Azərbaycan qoşunları tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhəri atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin atdığı 10-dan artıq raket şəhərin mərkəzi küçələrinə düşüb. Mülki evlərə ziyan dəyib. 



Әlaqәli Xәbәrlәr