Azәrbaycan Respublikasının Baş Prokurorluğu mәlumat yayıb
Azәrbaycan ordusu işğal altındakı әrazilәrini azad etmәk üçün Ermәnistan ordusuna qarşı әks-hücumlarını gecә boyu davam etdirib.
Azәrbaycan ordusu işğal altındakı әrazilәrini azad etmәk üçün Ermәnistan ordusuna qarşı әks-hücumlarını gecә boyu davam etdirib.
Azәrbaycan Respublikasının Baş Prokurorluğunun yaydığı bәyanatda Ermәnistan ordusunun Tәrtәr rayonunu artilleriya әtaşinә tutması nәticәsindә bir mülki vәtәndaşın da hәyatını itirdiyi bildirilib.
Bәyanatda vurğulanıb ki, hücumlar nәticәsindә hәyatını itirәn mülki vәtәndaşların sayı 16-ya, xәsarәt alanların sayı da 55-ә yüksәlib.
Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn mәlumatda isә Azәrbaycan ordusunun işğal altındakı torpaqlardakı Ermәnistan qüvvәlәrinin mövqelәrinә ağır zәrbәlәrin endirildiyi bildirilib.
Ermәnistan mövqelәrinin müxtәlif iri çaplı silahlarla hәdәf alındığı vurğulanıb.
Digәr tәrәfdәn Azәrbaycanın mülki yaşayış mәntәqәlәrinә hücum etmәyә davam edәn Ermәnistan ordusu bölgәdәki jurnalistlәri dә hәdәf alır.
Xatırladaq ki, Erməni hərbi bölmələri sentyabrın 27-dә dә “TRT Haber” və “Anadolu Agentliyi''nin əməkdaşlarının olduğu nöqtəyə minaatandan atəş açmışdı.
Qeyd edәk ki, Ermәnistan birliklәri son beş gündә ARB TV, Xәzәr TV, İctimai TV, SPACE TV, ATV, BAKU TV, AZERTAC, APA xәbәr agentliyi vә Turan xәbәr agentliyi kimi tleviziya kanalları vә xәbәr agentliklәrinin әmәkdaşlarını hәdәf alıb.
Әlaqәli Xәbәrlәr
Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb.