Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu birgə bəyanat yayıb

Azərbaycanda Baş Prokurorluq və XİN ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətlərlə bağlı bəyanat yayıb.

1499400

Bəyanatda deyilir:

“27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.

27-29 sentyabr tarixlərində Ermənistanın davam edən hərbi təcavüzü çərçivəsində Azərbaycanın Tərtər, Ağdam və Cəbrayıl rayonları ilə yanaşı, Goranboy, Naftalan və Daşkəsən rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb. 

29 sentyabr 2020-ci il tarixinə olan məlumata əsasən, mülki əhali arasında 12 nəfər  həlak olub, 35 nəfər isə yaralanıb.  Həlak olanlar arasında 13, 14 yaşlarında iki məktəbli də var."

Әlaqәli Xәbәrlәr