Rusiya ilә Qәrb ölkәlәri arasındakı münasibәtlәr

‘‘Avrasiya gündәmi’’  proqramının bu günkü  hissәsindә Rusiya ilә Qәrb ölkәlәri arasındakı münasibәtlәri qiymәtlәndirәcәyik.

1629990
Rusiya ilә Qәrb ölkәlәri arasındakı münasibәtlәr

 

‘‘Avrasiya gündәmi’’  proqramının bu günkü  hissәsindә Rusiya ilә Qәrb ölkәlәri arasındakı münasibәtlәri qiymәtlәndirәcәyik.

2021-ci ilin 21 aprel tarixindә Rusiya prezidenti Vladimir Putin Federal Mәclisdә etdiyi çıxışda Rusiyaya dişmәncәsinә  yanaşanlara xәbәrdarlıq edәrәk deyib: ‘‘Körpülәri yandırmaq istәmirik. Hәr kәslә yaxşı münasibәtlәr yaratmaq istәyirik. Ancaq bizim xoşniyyәtimizi zәiflik olaraq  hesab edәnlәr   bilmәlidir  ki, Rusiyanın cavabı sürәtli vә sәrt olacaq’’. Putinin bu mesajı xüsusilә Qәrb ölkәlәrinә qarşı idi. Son günlәrdә Qәrb ölkәlәri ilә Rusiya arasında diplomatların deportasiya edilmәsi ilә bağlı gәrginlik yaşanır.

2021-ci ilin 15 aprel tarixindә Rusiyaya sanksiya tәtbiq edәn Amerika Birlәşmiş Ştatları 10 rusiyalı diplomatı arzuolunmaz şәxs elan edib. Aprelin 21-dә Rusiya 10 ABŞ diplomatının bir ay әrzindә ölkәni tәrk etmәsini tәlәb edib. Aprelin 22-dә Amerika Birlәşmiş Ştatlarının Rusiyadakı sәfiri Con Sullivan müzakirәlәr aparmaq üçün Vaşinqtona qayıdıb. Yeri gәlmişkәn qeyd edәk ki, Polşa da  üç rusiyalı diplomatı arzuolunmaz şәxs elan edib. Rusiya buna cavab olaraq aprelin 16-da 5 polşalı diplomatı deportasiya edәcәyini açıqlayıb.

2021-ci ilin 17 aprel tarixindә Çexiya Baş naziri Andrej Babiş 18 rusiyalı diplomatın arzuolunmaz şәxs elan edildiyini açıqlayıb. Rusiya buna cavab olaraq 20 çexiyalı diplomatı deportasiya edib. Eyni gün Ukrayna Rusiyanın bir diplomatının ölkәni tәrk etmәsini tәlәb edib.  Rusiya buna cavab olaraq bir Ukrayna diplomatının ölkәdәn çıxmasını istәyib.

2021-ci ilin 20 aprel tarixindә Rusiya Bolqarıstanın iki diplomatını deportasiya edәcәyini açıqlayıb. Yeri gәlmişkәn vurğulayaq ki, Bolqarıstan mart ayında Rusiyanın iki diplomatını deportasiya etmişdi.

2021-ci ilin 22 aprel tarixindә Slovakiya Baş naziri Eduard Heger üç rusiyalı diplomatın Çexiyadakı vәziyyәt sәbәbindәn bir hәftә әrzindә ölkәni tәrk etmәsinin  vacibliyini vurğulayıb.

2021-ci ilin 23 aprel tarixindә Çexiya ilә hәmrәy olduqlarını açıqlayan Latviya, Litva vә Estoniya Rusiyanın bir diplomatını deportasiya etmәk qәrarına gәldiklәrini bildirib. Rusiya sözügedәn ölkәlәrә eyni şәkildә cavab verib.

Buna bәnzәr addımların davam etmә ehtimalı var. Hazırda Qәrbi  Avropa vә Rusiya arasında yaşanan bu hadisәlәr Şәrqi Avropa ölkәlәri ilә Rusiya arasında da yaşana bilәr. Qәrb ölkәlәrinin dәstәklәdiyi rusiyalı müxaliflәr payız aylarında keçirilәcәk parlament seçkilәrinәdәk aksiyalarını davam etdirәcәk. Bu aksiyalar sәbәbindәn müxaliflәrә dәstәk verәn Rusiyadakı diplomatların deportasiya edilmәsi vә Qәrb ölkәlәrinin buna eyni şәkildә cavab vermәsi ehtimalı var. Rusiya ilә Qәrb ölkәlәri arasında kәşfiyyat müharibәsi hökm sürür. Rusiya NATO-nun onu əhatə etdiyini düşünsə də, Qərb ölkәlәri  Rusiyanın ekspansionist siyasət yürütdüyünü iddia edir. Bu münaqişənin bölgə ölkələrinə mənfi təsir göstәrmәsi istisna edilmir.



Әlaqәli Xәbәrlәr