Türk Şurasının qeyri-rәsmi zirvә görüşü

Avrasiya gündәmi proqramının bu günkü hissәsindә martın 31-dә keçirilәn Türk Şurasının qeyri-rәsmi zirvә görüşünü qiymәtlәndirәcәyik.

1615842
Türk Şurasının qeyri-rәsmi zirvә görüşü

 

Avrasiya gündәmi proqramının bu günkü hissәsindә martın 31-dә keçirilәn Türk Şurasının qeyri-rәsmi zirvә görüşünü qiymәtlәndirәcәyik.

2021-ci ilin 31 mart tarixindә Qazaxıstan Respublikasının prezidenti Kasım Comart Tokayevin sәdrliyi ilә Türk Şurasının qeyri-rәsmi zirvә görüşü onlayn qaydada keçirildi.  ‘‘Türküstan: Türk dünyasının mәnәvi patyaxtlarından biri’’ başlığı altında keçirilәn zirvә görüşündә Azәrbaycan, Qırğızıstan, Özbәkistan, Türkiyә, Türkmәnistan vә Macarıstan liderlәri, hәmçinin Türk Şurası, Türk Akademiyası kimi beynәlxalq tәşkilatların rәhbәrlәri vә Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev iştirak ediblәr.

Zirvә görüşündә Türk dünyasının gәlәcәyini maraqlandıran әhәmiyyәtli mәsәlәlәrlә bağlı qәrar qәbul edilib. Zirvә görüşünün sonunda Türküstan bәyannamәsi qәbul edilib.İndi isә bәyannamәdә yer alan әhәmiyyәtli qәrarları qiymәtlәndirәcәyik.

Qazaxıstanın Türküstan şәhәri Türk Dünyasının mәnәvi paytaxtlarından biri elan edildi. Bu qәrar türk sivilizasiyasının tanıdılması vә araşdırılması, gәnclәrin türk şüuru ilә yetişmәsi kimi mövzular baxımından әhәmiyyәtlidir.

Türkdilli Ölkәlәr vә Әmәkdaşlıq Şurasının adının Türkiyәdә payızda keçirilmәsi planlaşdırılan VIII zirvә görüşündә dәyişdirilmәsi ilә bağlı göstәriş verilib. Nәhayәt tәşkilat öz adına qovuşacaq vә bundan sonra daha fәal beynәlxalq tәşkilat olaraq fәaliyyәtlәr aparacaq.

‘‘Türk dünyasının gәlәcәyi 2040’’ sәnәdinin növbәti zirvә görüşündә imzalanması üçün hazırlıqların tamamlanması ilә bağlı göstәriş verilib. ‘‘Türk dünyasının gәlәcәyi  2040’’ sәnәdi Türk Cümhuriyyәtlәrinin vә Türk Şurasının gәlәcәyini müәyyәn edәcәk әhәmiyyәtli bir sәnәddir. Türk Cümhuriyyәtlәri arasındakı inteqrasiyasının planlaşdırılmış şәkildә hәyata keçirilmәsi sevindirici haldır.

Zirvә görüşündә Dağlıq Qarabağ probleminin hәll edilmәsi münasibәtilә duyulan mәmnuniyyәt dilә gәtirilib. Yeri gәlmişkәn qeyd edәk ki, 2020-ci ilin 10 noyabr tarixindә Türk Dünyası arasında quru yolu ilә olan bağ yenidәn tәmin olunub. Türk Cümhuriyyәtlәri artıq üçüncü ölkә әrazisinә daxil olmadan bir-birlәrinә sәyahәt edә bilәcәk. Bu çәrçivәdә 2021-ci ilin 1 aprel tarixindә Azәrbaycan vә Türkiyә arasında   sәxsiyyәt vәsigәsiz sәyahәt başlayıb.

Zirvә görüşündә hәmçinin Türk Dünyasının әdәbiyyat, sәnәt, elm vә mәdәniyyәt sahәlәrindә uğurlar әldә etmiş şәxslәrә Beynәlxaql Әli Şir Nәvai mükafatinin verilmәsi ilә bağlı qәrar qәbul edilib. 2021-ci ildә Yusuf Has Hacib, Nizami Gәncәvi, Yunuz Әmrә, Әli Şir Nәvai, Cambıl Cabayev, Әlixan Bökeyxan vә Hüseyn Karasayevin ildönümlәri ilә bağlı tәdbirlәrin tәşkilata üzv ölkәlәrdә tәşkil edilmәsi ilә bağlı da qәrar qәbul edilib.

Onlayn qaydada keçirilәn zirvә görüşündә liderlәr Türk Şurası daxilindә birgә investisiya fondu vә birgә bankın yaradılmasını dilә gәtiriblәr. Növbәti zirvә görüşündә bu sahәdә konkret addımların atılmasının mümkünlüyünün  yüksәk olduğunu qeyd etmәkdә fayda var. Çünki bu sahәdә әmәkdaşlığın vaxtı gәlib.

Türk Şurasına üzv dövlәtlәr ‘‘COVİD-19’’ epidemiyası dövründә  uğurlu koordinasiya nümayiş etdirib.  Dünyada ilk olaraq pandemiya ilә bağlı zirvә görüşü tәşkil edilib, pandemiya sәbәbindәn yaranan problemlәrin minimum sәviyyәyә endirmәk üçün sәylәr göstәrilib. Atılan bu uğurlu addımlar tәşkilatın bundan sonra daha fәal işlәmәyә davam edәcәyinin göstәricisidir.



Әlaqәli Xәbәrlәr