Türkiyә vә Orta Asiya Respublikaları arasında hәyata keçirilәn uçuşlar

Proqramımız bu günkü hissəsində Türkiyə ilə Orta Asiya Cümhuriyyət ləri arasında həyata keçirilən uçuşları qiymətləndərəcəyik.

1612053
Türkiyә vә Orta Asiya Respublikaları arasında hәyata keçirilәn uçuşlar

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türkiyә ilә  Orta Asiya Cümhuriyyәtlәri  arasında hәyata keçirilәn aviareyslәri vә bu sahәyә yatırılan investisiyaları qiymәtlәndirәcәyik.

2021-ci ilin 21 mart tarixindә Qazaxıstan Respublikasının Türküstan şәhәrindәki Milli Hәzrәt Sultan Hava Limanından ‘‘FlyArystan’’ hava yolları İstanbula ilk uçuşunu hәyata keçirib. Bu uçuş Beynәlxalq Hәzrәt Sultan Hava Limanından xaricә edilәn ilk uçuş olub. ‘‘FlyArystan’’ hava yolları Türkistandan İstanbula hәftәnin iki günü uçuş hәyata keçirir. Uçuşların hәftәnin yeddi günü hәyata keçirilmәsi hәdәflәnir. Yeri gәlmişkәn qeyd edәk ki, 2020-ci ilin 1 dekabr tarixindә açılışı olan Beynәlxanlq Hәzrәt Sultan Hava Limanı Qazaxıstanda müstәqillik illәrindә inşa edilәn ilk hava limanıdır. Sözügedәn hava limanı Beynәlxalq Atakau Hava Limanını idarә edәn YDA Group şirkәti tәrәfindәn inşa edilib.

2021-ci ilin 25 mart tarixindә Qırğızıstanın Beynәlxalq Manas Hava Limanı Eti Bakır Tereksay şirkәti ilә Calalabad şәhәrinin Toquz Toroo qәsәbәsindә yerlәşәn Keber Hava Limanının genişlәndirilmәsi vә bәrpa edilmәsi mәsәlәsini müzakirә edib. Eti Bakır Tereksay şirkәti  sözügedәn hava limanına investisiya yatıraraq hәmin hava limanının statusunu beynәlxalq sәviyyәyә çatdırmağı hәdәflәdiyini bildirib. Qırğızıstan hökumәti  1979-cu ildә inşa edilәn hava limanını  2019-cu ildә bәrpa etsә dә, hava limanı hәlә dә fәaliyyәt göstәrmir.

Qeyd edәk ki, Eti Bakır Tereksay şirkәtinin 75 faizlik hissәsi Türkiyәnin Eti Bakır şirkәtinә aiddir .

Eyni gün Özbәkistan Respublikasının Fərqanә Valiliyinin mәtbuat xidmәti ‘‘Türk Hava Yolları’’ aviaşirkәtinin  Türkiyәdәn Fәrqanә şәhәrinә birbaşa  uçuşlar hәtara keçirәcәyini bildirib. ‘‘Türk Hava Yollarının’’  Özbәkistandakı şöbәsinin müdiri Selim Kahramanın  rәhbәrliyindәki nümayәndә heyәti Fərqanə Hava Limanına baş çәkmәk üçün Fәrqanə şәhәrinә sәfәr edib. Görüşlәrdә hava limanı xidmәtlәrinin hәyata keçirilmәsi mәsәlәsi dә müzakirә olunub. Hava limanının fәaliyyәtә keçmәsi ilә Türkiyәdәn  Özbәkistanın yeddi şәhәrinә uçuş hәyata keçirmәk mümkün olacaq. Türk şirkәtlәri illәr әvvәl  Orta Asiya Cümhuriyyәtlәrinin  aviasiya sahәlәrinә investisiya yatırmağa başlayıb.

TAV Hava Limanları Holdinqi keçәn il Beynәlxalq Almatı Hava Limanını idarә etmәk üçün lisenziya alıb. Kiklop İnsaat LTD ŞTİ Özbәkistanın Sәmәrqәnd Hava Limanını bәrpa edib. Türkiyәnin Alarko Holdinq şirkәti dә Türkmәnistanın  Aşqabat, Özbәkistanın Sәmәrqənd, Buxara vә Urgenç, Qazaxıstanın Nur-Sultan hava limanlarını inşa edib. Mart ayında yaşanan proseslәr türk şirkәtlәrinin Orta Asiya Cümhuriyyәtlәrinin aviasiya sahәlәrinә yatırdığı investisiyaların vә bu bölgәdәki  fәaliyyәtlәrinin davam edәcәyini göstərir.

‘‘Türk Hava Yolları’’  Özbәkistana 7, Türkmәnistana vә Qazaxıstana  2, Qırğızıstanda 1 vә Tacikistana da 1 dәfә uçuş hәyata keçirir. ‘‘Pegasus’’ hava yolları da Qırğızıstan vә Qazaxıstana uçuşlar hәyata keçirir. Eyni şәkildә Orta Asiya Cümhuriyyәtlәrinin hava yolu şirkәtlәri Türkiyәnin İstanbul vә Antalya şәhәrlәrinә uçuşlar hәyata keçirir.

Aviasiya sahәsindәki әmәkdaşlıq sayәsindә qarşıdakı illәrdә birgә helikopter, tәyyarә vә dron istehsalı həyata keçirilə bilər. Çünki bu potensial Türk Cümhuriyyәtlәrindә mövcuddur.

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr