İqtisadi Әmәkdaşlıq Tәşkilatının onlayn qaydada keçirilәn iclası

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә İqtisadi Әmәkdaşlıq Tәşkilatının onlayn qaydada keçirilәn iclasını qiymәtlәndirәcәyik.

1598817
İqtisadi Әmәkdaşlıq Tәşkilatının onlayn qaydada keçirilәn iclası

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә İqtisadi Әmәkdaşlıq Tәşkilatının onlayn qaydada keçirilәn iclasını qiymәtlәndirәcәyik.

2021-ci ilin 4 mart tarixindә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә İqtisadi Әmәkdaşlıq Tәşkilatının 14-cü iclası onlayn qaydada keçirilib.İclasa Әfqanıstan, Azәrbaycan, İran, Qazaxıstan,Kırğızıstan, Şimali Kıbrıs Türk Cümhuriyyәti, Özbәkistan, Tacikistan vә Türkmәnistanın prezidentlәri vә Pakistanın Baş naziri qatılıb. İclasa hәmçinin Türk Şurası, Beynәlxalq Enerji Müqavilәsi vә İqtisadi Әmәkdaşlıq Tәşkilatının Baş katiblәri dә qatılıb.

İclas ‘‘Covid-19’’ epidemiyasından sonra regional iqtisadi әmәkdaşlıq’’ başlığı altında keçirilib. İclasda liderlәr tәrәfindәn pandemiyanın zәrәlәrinin minimuma endirilmәsi mәsәlәsi müzakirә olunub. Özbәkistan prezidenti Şevkat Mirziyoyev pandemiya sәbәbindәn  görülәn tәdbirlәrin mәrhәlәli şәkildә aradan qaldırılmasını tәklif edib. Turizm başda olmaqla müxtәlif sahәlәrdә görülәn tәdbirlәrin aradan qaldırılması bütün ölkәlәrin iqtisadi cәhәtdәn canlanmasına töhfә verәcәk. Bu il Düşәnbә şәhәri İqtisadi Әmәkdaşlıq Tәşkilatının Turizm Paytaxtı elan edilmişdi. Bu çәrçivәdә il әrzindә Tacikistanda bir sıra tәdbirlәr keçirilәcәk.

İclasda liderlәr әrzaq tәhlükәsizliyi mәsәlәsinә dә diqqәt çәkdilәr. Bu mövzuda İslam Әmәkdaşlıq Tәşkilatı ilә әmәkdaşlığın faydalı olacağı dilә gәtirilib. İclasda bu il Özbәkistanda tәşkilata üzv ölkәlәrin kәnd tәsәrrüfatı nazirlәrinin  toplantısının keçirilәcәyi bildirilib.

Qırğızıstan prezidenti Kasım Coomart Tokayev Türk şirkәtlәrinin  sәhiyyә sahәsinә yatırdığı investisiyaların әhәmiyyәtini vurğulayıb. Türk şirkәtlәri İqtisadi Әmәkdaşlıq Tәşkilatına üzv ölkәlәrin  demәk olar ki, hamısında sәhiyyә sahәsindә fәaliyyәtlәr aparır. Azәrbaycan prezidenti İlham Әliyevin koronavirus әleyhinә peyvәndin әdalәtli şәkildә paylanmasının tәmin edilmәsinin BMT Baş Mәclisindә müzakirәyә çıxarılması tәklifi dәstәklәnib.

İclasda imzalanan qәrarla Bakı şәhәrindә tәşkilatın araşdırma mәrkәzi yaradılıb. Araşdırma mәrkәzinin yaradılması ilә bağlı fikir Azәbaycanın keçmiş prezidenti Heydәr Әliyevә aid idi.

Türkiyә tәşkilatın dönәm sәdrliyini Pakistandan tәhvil almışdı. Türkiyә  bir il yarımdan sonra tәşkilatın dönәm sәdrliyini Türkmәnistana tәhvil verdi. Türkmәnistan prezidenti Qurbanqulu Berdimәhәmmәdov  tәşkilatın  növbәti iclasının 2021-ci ilin 28 noyabr tarixindә Aşqabadda keçirilmәsini tәklif edib.

1985-ci ildә Türkiyә, İran vә Pakistan tәrәfindәn qurulan İqtisadi Әmәkdaşlıq Tәşkilatı 1992-ci ildә 6 ölkәnin qatılması ilә nәhәng bir tәşkilata çevrildi. Ancaq tәşkilat indiyәdәk mövcud potensialını tam olaraq әks etdirmәdi. Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın vurğuladığı kimi tәşkilatın daha aktiv ola bilmәsi üçün ticarәt müqavilәsi olan ECOTA  qüvvәyә minmәlidir vә  tәşkilatın fondu güclәndirilmәlidir.

Beynәlxalq ticarәt vә nәqliyyat sahәlәri  tәşkilata üzv ölkәlәri güclәndirәn әhәmiyyәtli sahәlәr olaraq qәbul edilir.Bu sahәlәrdәki potensialın istifadә olunacağı tәqdirdә Şәrq ilә Qәrb arasında tәşkilata üzv dövlәtlәr qızıl körpü vәzifәsini icra edәcәk vә iqtisadi olaraq güclәnәcәklәr. Bu çәrçivәdә Orta Dәhlizin vә ona bağlı nәqliyyat dәhlizinin tam olaraq istifadә edilmәsi әhәmiyyәt kәsb edir. Tәşkilata üzv dövlәtlәrin Şimali Qıbrız Türk Cümhuriyyәtini tanımalarının da vaxtı  gәldi.

 



Әlaqәli Xәbәrlәr