Ermәnistanda yaşanan son hadisәlәr

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Ermәnistandakı son vәziyyәti qiymәtlәndirәcәyik.

1594665
Ermәnistanda yaşanan son hadisәlәr

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Ermәnistandakı son vәziyyәti qiymәtlәndirәcәyik.

2021-ci ilin 24 fevral tarixindә Ermәnistanda ordu ilә hökumәt arasında rusların ‘‘İsgәndәr’’ ballistik raketi sәbәbindәn böhran yaşanıb. Ermәnistanın keçmiş prezidenti Serj Sarkisyan hökumәt tәrәfindәn orduya ayrılan vәsaitin dayandırıldığını, II Qarabağ müharibәsindә ‘‘İsgәndәr’’ raketlәrinin istifadә edilmәdiyini açıqlamışdı. Baş nazir Nikol Paşinyan buna cavab olaraq ‘‘İsgәndәr’’ raketinin istifadә edildiyini, ancaq raketlәrin yararsız olduğunu bildirmişdi. Bu mübahisәyә generallar müdaxilә etmişdi vә Paşinyan Ermәnistan Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisinin müavinini vәzifәdәn kәnarlaşdırmışdı.

2021-ci ilin 25 fevral tarixindә Ermәnistan Silahlı Qüvvәlәrinin Baş Qәrargahı hökümәtә xәbәrdarlıq edib vә Nikol Paşinyanın istefa vermәsini tәlәb edib. Ermәnistan Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Onik Qasparyan tәrәfindәn imzalanan xәbәrdarlıqda  Ermәnistan Baş naziri vә hökumәtinin artıq ölkә üçün lazımi qәrarları qәbul edәcәk vәziyyәtdә olmadığını ifadә edilib. Eyni saatlarda İrәvan sәmalarında Su-30 döyüş tәyyarәlәri uçurdu.

Baş nazir Nikol Paşinyan da Ermәnistan Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Onik Qasparyanı vәzifәdәn kәnarlaşdırıb vә tәrәfdaşlarına mitinq keçirmәlәri ilә әlaqәdar çağırış edib.  Günortadan sonra Cümhuriyyәt meydanında tәrәfdaşlarına müraciәt edәn Nikol Paşinyan ordunun açıqlamasının çevriliş cәhdi olduğunu vә buna icazә vermәyәcәklәrini bildirib.

Nikol Paşinyanın çıxışından sonra Ermәnistan Silahlı Qüvvәlәrinin Baş Qәrargahı ikinci bәyanat yayaraq mövqeyini qoruduğunu, ölkәnin maraqlarını qorumaq üçün Nikol Paşinyanın istefa vermәsinin әhәmiyyәtini  bir daha vurğulayıb. Müxaliflәr ordunun açıqlamasını dәstәklәyәrәk mitinq keçiblәr  vә çadırlar quraraq Baş nazir Nikol Paşinyanın  istefa vermәsi üçün küçәlәrdә olacaqlarını elan ediblәr.

Ermәnistan prezidenti Armen Sarkisyan üç gün gözlәdikdәn vә müxtәlifәt  liderlәri ilә görüşdükdәn sonra vәzifәdәn kәnarlaşdırma mәktubunu Paşinyana geri göndәrib. Baş nazir Nikol Paşinyan bu qәrarı yenidәn prezidentә göndәrәcәyini vә problemin hәll edilmәdiyini bildirib. Vәzifәdәn kәnarlaşdırmaq mәsәlәsinin Konstitusiya Mәhkәmәsindә hәll edilәcәyi bildirilir.

Ermәnistan müxalifәti  44 gün davam edәn Dağlıq Qarabağ müharibәsindәn sonra Baş nazir Nikol Paşinyanın istefa vermәsini tәlәb edir. Prezident Sarkisyan da növbәdәnkәnar seçkilәrin keçirilmәsinin әhәmiyyәtini vurğulayır. Paşinyan isә parlament seçkilәrinin 2022-ci ildә keçirilmәsinin vacibliyini bildirir.

Paşinyan tәrәfdaşlarını martın 1-dә keçirilәn böyük mitinqә dәvәt edib. 1 mart tarixinin Ermәnistan siyasәtindә xüsusi bir yeri var. 2008-ci ilin 1 mart tarixindә keçirilәn mitinqә tәhlükәsizlik qüvvәlәrinin sәrt müdaxilәsi nәticәsindә 8 aksiyaçı ilә  2 tәhlükәsizlik xidmәti әmәkdaşı hәyatını itirib. Ordudan fәrqli olaraq polisin indiyәdәk Nikol Paşinyanın tәrәfindә olması güc tarazlığının qorunduğu mәnasına gәlir.

Ermәnistanda yaşanan  böhran mәsәlәsindә  Qәrbin hәlәlik passiv olduğu müşahidә olunur. Rusiyanın yaydığı bәyanatlarda isә yaşanan  olaylar Ermәnistanın  daxili mәsәlәsi olaraq qiymәtlәndirilir. Türkiyә isә çevrilişin hәr növünә qarşı olduğunu, ordunun siyasәtә qarışmamasının vә Ermәnistanın gәlәcәyinin xalq tәrәfindәn  müәyyәn edilmәsinin  vacibliyini vurğulayıb. Qonşularla dostluq münasibәtlәrini inkişaf etdirmәk  Ermәnistanın bu növ siyasi böhranlar yaşamasının qarşısını ala bilәr.



Әlaqәli Xәbәrlәr