Özbәkistanın digәr türk cümhuriyyәtlәrilә әlaqәlәri

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Özbәkistanın digәr Türk Cümhuriyyәtlәrilә әlaqәlәrini qiymәtlәndirәcәyik.

1589906
Özbәkistanın digәr türk cümhuriyyәtlәrilә әlaqәlәri

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev 8-11 fevral 2021 tarixləri arasında Özbəkistanda bir sıra görüş keçirdi. Amreyev Özbəkistan Ali Məclisi Senatının sədri Tanzila Narbayeva ilə Özbəkistan Parlamentinin TÜRKPA-ya qoşulma prosesini müzakirə etdi. Amreyev Özbəkistanın Xarici İşlər, mədəniyyət, kənd təsərrüfatı, innovasiya və inkişaf nazirləri, informasiya texnologiyaları və kommunikasiya, investisiya və xarici ticarət nazirləri, Gənclər üzrə  Agentlik, Futbol Federasiyasının prezidentləri ilə əməkdaşlıq məsələlərini də müzakirə etdi.

Özbəkistan hökuməti türk cümhuriyyətləri ilə inteqrasiya naminə 10 fevral 2021-ci il tarixində Latın əlifbasının tamamilə qəbul edilməsi üçün yol xəritəsini qəbul etdi. Qəbul edilmiş yol xəritəsinə görə, Özbəkistan 2023-cü il yanvarın 1-dək tamamilə Latın əlifbasına keçir.

Özbəkistan və Qazaxıstan arasında Türkistan-Çimkənt-Daşkənd sürətli qatar layihəsini həyata keçirmək üçün tez-tez danışıqlar aparılır. Bundan əlavə, iki ölkə arasında yeni Maktaaral-Darbaza dəmir yolunun inşası da gündəmdədir. 16 fevral 2021-ci ildə Özbəkistan və Qazaxıstanın ticarət nazirləri sərhəddə görüşərək, birgə inşa ediləcək "Orta Asiya" Beynəlxalq Ticarət və İqtisadi Əməkdaşlıq Mərkəzinin vəziyyətini müzakirə etdilər.

Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilov 16-18 fevral 2021 tarixlərində Türkmənistan, Qazaxıstan və Tacikistana səfər etdi. Özbəkistanın xarici işlər naziri bu ölkələrin dövlət başçıları tərəfindən qəbul edildi. Xarici İşlər naziri Kamilov Türkmənistan, Qazaxıstan və Tacikistan prezidentlərindən Daşkənddə "Orta Asiya və Cənubi Asiya: Regional Öhdəlik. Meydan Oxumalar və Fürsətlər” başlıqlı beynəlxalq konfransın həyata keçirilməsinə dəstək olmalarını istədi.

17 fevral 2021-ci il tarixində Özbəkistan-Macarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 6-cı iclası Budapeştdə keçirildi. İclasda Özbəkistan Baş nazirinin müavini, İnvestisiya və Xarici Ticarət naziri Sardor Umurzakovun rəhbərlik etdiyi Özbəkistan nümayəndə heyəti iştirak etdi. İclasda iki ölkənin ticarət həcminin 2020-ci ildə bir əvvəlki il ilə müqayisədə 50% artdığı bildirildi. Görüşün sonunda Özbəkistan və Macarıstan tərəfləri arasında bəzi əməkdaşlıq müqavilələri imzalandı. Elə həmin gün Budapeştdə Macarıstan-Özbəkistan İş Forumu keçirildi. Səfər çərçivəsində Özbəkistan Respublikasının Kənd Təsərrüfatı naziri Cəmşid Xodjaev 16 fevral 2021-ci ildə Budapeştdə Türk Şurası Nümayəndəliyini ziyarət etdi.

Özbəkistan türk cümhuriyyətlərinin Cənubi Asiya ölkələrinə qapısı olmaq üçn cəhd göstərir. Özbəkistan Əfqanıstandakı yardımlarını artırdı. Daşkənd rəhbərliyi Hindistan və Pakistan başda olmaqla Cənubi Asiya ölkələrindən olan heyətlərlə görüşləri artırdı. Özbəkistanın bu çərçivədə beynəlxalq bir konfrans təşkil etmək istədiyini də yuxarıda bildirdik.

Özbəkistanın elan etdiyi Əli Şir Nevainin anadan olmasının 850 illiyi tədbirləri il boyu bütün türk cümhuriyyətlərində qeyd ediləcək. Türksoy və Türk Akademiyası bu istiqamətdə ilk fəaliyyətləri həyata keçirdi. Beynəlxalq Türk Akademiyası 2021-ci ili "Əli Şir Nevai İli" elan etdi. Xülasə olaraq Özbəkistanın Türk Cümhuriyyətlərilə əlaqələri güclənərək davam edir. Özbəkistanın iştirakı türk cümhuriyyətlərinin beynəlxalq təşkilatlarına güc verir.



Әlaqәli Xәbәrlәr