Türkiyә ilә Ukrayna arasındakı münasibәtlәr

‘‘Avrasiya gündәmi’’ proqramının bu günku hissәsindә Türkiyә ilә Ukrayna arasındakı münasibәtlәri qiymәtlәndirәcәyik.

1554808
Türkiyә ilә Ukrayna arasındakı münasibәtlәr

 

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günku hissәsindә Türkiyә ilә Ukrayna arasındakı münasibәtlәri qiymәtlәndirәcәyik.

Dekabr ayının son iki  hәftәsi Türkiyә-Ukrayna münasibәtlәri baxımından çox әhәmiyyәtli idi. 2020-ci ilin 14 dekabr tarixindә Türkiyәnin müdafiә sәnayesi naziri İsmail Demir rәhbәrliyindәki nümayәndә heyәti Ukraynaya sәfәr edib. Sәfәr çәrçivәsindә Ukrayna Müdafiә Nazirliyi ilә Türkiyә Müdafiә Sәnayesi Nazirliyi arasında müdafiә sahәsindә bir sıra müqavilә imzalanıb. Müqavilәnin konkret nәticәsi olaraq dekabrın 21-dә Türkiyә ilә Ukraynanın birgә istehsal edәcәyi  gәmilәrin  Ukraynanın Nikolayev şәhәrindәki ‘’Okean’’ tәrsanәsindә istehsal edilәcәyi açıqlanıb.

2020-ci ilin 18 dekabr tarixindә Kiyevdә Türkiyә vә Ukraynanın Xarici İşlәr vә Müdafiә Nazirliklәrinin iştirakı ilә ‘‘2+2’’ formatında iclas keçirilib. İclasdan sonra birgә bәyanat yayımlanıb. Bәyanatda siyasәt, iqtisadiyyat vә müdafiә sahәlәri daxil olmaqla әmәkdaşlıq sahәlәrinin genişlәndirilmәsi mәsәlәsindәki qәtiyyәt vurğulanıb.Türkiyәli nazirlәr sәfәr çәrçivәsindә Ukrayna prezidenti Vladimir Zelenski, Baş naziri Denis Şmıqal tәrәfindәn qәbul edilib, hәmçinin ölkәdәki Türk diasporlarının tәmsilçilәri ilә dә görüşlәr keçirib.

Eyni gün Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Ukrayna Sәfirlәr Konfransında fəxri qonaq qismindә  iştirak edib. Konfransda Çavuşoğlu ‘‘Xoşniyyәtli mәlәk’’ ordeni  ilә tәltif olunub. Ukrayna xarici işlәr naziri Dmitro Kuleba Türkiyә ilә 2020-ci il әrzindә әmәkdaşlıqlarını davam etdirdiklәrini vә bundan çox mәmnun olduqlarını açıqlayıb.

2020-ci ilin 25 dekabr tarixindә prezident Vladimir Zelenskinin iştirakı ilә Zaporojya şәhәrindә Onur Qrupun 8 ayda inşa etdiyi körpünün açılış mәrasimi tәşkil edilib. Belәliklә 55 ildir inşası planlaşdırılan körpü istifadәyә verilib.

Eyni gün Kiyevdә mәşhur alim Aqatanqel Kırımskinin elmi fәaliyyәtlәrindәn bәhs edәn kitabının tәqdimatı olub. Tәqdimat mәrasiminә TÜRKSOY-un Baş katibi Dusen Kaseynov da qatılıb.  Kaseynov hәmçinin Ukrayna Mәdәniyyәt vә İnformasiya Siyasәtlәri naziri Oleksandr Tkaçenko vә Ukrayna xarici işlәr nazirinin müavini Әminә Cebbar ilә bir araya gәlib. Görüşlәrdә ikitәrәfli әmәkdaşlıq mәsәlәlәri müzakirә olunub. Qeyd etmәk lazımdır ki, Ukraynanın Türk Dünyası ilә әmәkdaşlığı yüksәk sәviyyәdәdir.

Türkiyә ilә Ukrayna arasındakı münasibәtlәr yüksәk sәviyyәdә inkişaf edir.Son iki hәftәdә ikitәrәfli әlaqәlәri maraqlandıran yeni müqavilәlәr imzalandı.Bu proseslәr pandemiyadan sonra Türkiyә-Ukrayna münasibәtlәrinin yeni sәviyyәyә yüksәlәcәyini göstәrir. Qarşıdakı dövrdә müdafiә sahәsindәki әlaqәlәr digәr sahәlәrә dә müsbәt tәsir göstәrәcәk. Türkiyә ilә Ukraynanın strateji münasibәtlәri bölgәnin dә faydasınadır.

 



Әlaqәli Xәbәrlәr