Türkiyә-Azәrbaycan münasibәtlәrindәki son proseslәr

''Avrasiya gündәmi'' proqramının bu günkü hissәsindә Azәrbaycan ilә Türkiyә arasındakı münasibәtlәrindәki son proseslәri  qiymәtlәndirәcәyik.

1491890
Türkiyә-Azәrbaycan münasibәtlәrindәki son proseslәr

 

 

''Avrasiya gündәmi'' proqramının bu günkü hissәsindә Azәrbaycan ilә Türkiyә arasındakı münasibәtlәrindәki son proseslәri  qiymәtlәndirәcәyik.

Sentyabr ayının әvvәlindә Türkiyә-Azәrbaycan münasibәtlәrini maraqlandıran әhәmiyyәtli proseslәr yaşanıb. 2020-ci ilin 2 sentyabr tarixindә Azәrbaycan prezidenti İlham Әliyev Yunanıstanın Bakıdakı yeni sәlahiyyәtli sәfiri Nikolas Piperiqosu qәbul edib.  İlham Әliyev görüşdә Şәrqi Aralıq dәnizindәki kәşfiyyat-axtarış fәaliyyәtlәri daxil olmaqla  hәr mәsәlәdә Türkiyәni dәstәklәdiklәrini ifadә edәrәk ‘‘Ermәnistan, Yunanıstan  vә Kıbrusdakı yunan icması arasındakı hәrbi әmәkdaşlığa görә narahatıq’’ deyib.

Sentyabrın 7-dә Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rәhbәrliyindәki nümayәndә heyәti Türkiyәyә sәfәr edib. Kommunikasi İdarәsinin rәhbәri  Fәxrәddin Altun ilә Hikmәt Haciyev Dolmabaxça Sarayında keçirdiklәri tәkbәtәk görüşdәn sonra  iki ölkәnin media vә kommunikasiya sahәsindәki qurumların yüksәk sәviyyәli rәsmilәrinin iştirakı ilә tәşkil edilәr heyәtlәr arası iclasa sәdrlik ediblәr. Görüşdә kommunikasiya sahәsindә әmәkdaşlıq imkanları müzakirә olunub. Görüşlәr nәticәsindә Türkiyә ilә Azәrbaycan arasında birgә media platformasının yaradılması mәsәlәsindә razılıq әldә olunub. Hikmәt Haciyevin rәhbәrliyindәki nümayәndә heyәti sәfәr çәrçivәsindә Türkiyәnin kommunikasiya sahәsindә fәaliyyәt göstәrәn qurumları ilә görüşlәr keçirib.

Azәrbaycan Milli Mәclisinin sәdrnin müavini Adil Әliyev sentyabrın 9-da Türkiyәnin Aralıq dәnizindәki fәaliyyәtlәrinә dәstәk verәrәk Türkiyәnin dostlarını dost, düşmәnlәrini dә düşmәn qәbul etdiklәrini bildirib.

Adil Әliyev deyib: ‘‘Prezident İlham Әliyevin yeni tәyin olunmuş Yunanıstan sәfirinә bu mövqeyi çatdırması vә Türkiyәnin yanında olduğumuzu açıqlaması yalnız Yunanıstana deyil, bütün dünyaya verdiyi açıq bir mesajdır. Dünyanın Türkün gücünü gösmәsinin vaxtı gәldi’’.

2020-ci ilin 11-12 sentyabr tarixindә Azәrbaycan Milli Mәclisinin sәdri Sahibә Qafarova ilk xarici sәfәrini Türkiyәyә edib. Qafarovanın rәhbәrliyindәki nümayәndә heyәti ilk öncә Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop ilә görüşüb. Görüşdә iki ölkә arasındakı münasibәtlәr müzakirә olunub. Sahibә Qafarova sentyabrın 12-dә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan tәrәfindәn qәbul edilib. Qafarovanın rәhbәrliyindәki nümayәndә heyәti Türkiyәnin ticarәt naziri Ruhsar Pekcanla da görüşüb. Görüşdә iki ölkә arasındakı iqtisadi münasibәtlәr vә davam edәn Azad Ticarәt Müqavilәsinin detalları qiymәtlәndirilib.

Türkiyә-Azәrbaycan münasibәtlәri ‘‘İki dövlәt, bir millәt’’ şüarına uyğun şәkildә inkişaf edir. Türkiyә ilә Azәrbaycanın avqust ayında keçirdiyi birgә hәrbi tәlimlәr bәzi ölkәlәri narahat edәrәk onların Türkiyәyә qarşı daha aqressiv siyasәt yürütmәyә başlamasına sәbәb olmuşdu.

Türkiyә vә Azәrbaycanın media sahәsindә birgә platforma yaratmaqla bağlı  fikrinin çox әhәmiyyәtli bir qәrar olduğunu düşünürük. Bölgәnin hәssas bir dövrdәn keçdiyi bir zamanda bu әmәkdaşlıq hәr iki tәrәfin dә faydasınadır.

 



Әlaqәli Xәbәrlәr