Türkiyәnin koronavirusla mübarizә çәrçivәsindә Avrasiya ölkәlәrinә göndәrdiyi yardımlar

Avrasiya gündәmi proqramının bu günkü hissәsindә koronavirus ilә mübarizә çәrçivәsindә Türkiyәnin Avrasiya ölkәlәrinә etdiyi yardımları qiymәtlәndirәcәyik.

1471753
Türkiyәnin koronavirusla mübarizә çәrçivәsindә  Avrasiya ölkәlәrinә göndәrdiyi yardımlar

 

Avrasiya gündәmi proqramının bu günkü hissәsindә koronavirus ilә mübarizә çәrçivәsindә Türkiyәnin Avrasiya ölkәlәrinә etdiyi yardımları qiymәtlәndirәcәyik.

Avrasiya coğrafiyasındakı ölkәlәrdә koronavirus epidemiyası yayılmağa hәlә dә davam edir. Bölgәdәki  ölkәlәrdә koronavirusa yoluxanların sayı artdığı üçün pandemiya öz ciddiliyini qorumaqdadır. Bölgәdәki bәzi kiçik ölkәlәrdә xәstә sayının әhali sayı ilә müqayisәdә yüksәk olduğu müşahidә olunur. Bu sәbәbdәn Avrasiya coğrafiyasındakı ölkәlәrin әksәriyyәti epidemiya ilә mübarizәdә xaricdәn yardım almağa davam edir.

Türkiyә Cümhuriyyәti iyul ayında Azәrbaycan, Qazaxıstan, Qırğızıstan vә Özbәkistana koronavirusla mübarizә çәrçivәsindә ikinci dәfә tibbi lәvazimat  göndәrib. Türkiyә iyun ayında isә Әfqanıstana tibbi lәvazimat göndәrmişdi. Yardım bağlamalarında müxtәlif maska növlәri, süni tәnәffüs aparatları  vә dәrmanlar olub. Türkiyәnin Avrasiya coğrafiyasındakı diplomatik nümayәndәliklәri vә hәmin bölgәlәrdәki türk şirkәtlәri yardımlarını epidemiya yayılmağa başladığı dövrdәn etibarәn davam etdirir.

Türkiyә Cümhuriyyәti Avrasiya coğrafiyasındakı müvafiq ölkәlәrin epidemiya ilә mübarizәsinә dәstәk olmaq üçün Türkiyәdә işlәyәn vә ya tibbi tәhsillәrini davam etdirәn hәkimlәrә ölkәlәrinә gedәrәk xәstәlәri müalicә etmәlәrinә icazә verdi, hәmçinin qarşı tәrәfin xahişi  ilә türkiyәli hәkimlәrindәn ibarәt heyәtlәr tәcrübә mübadilәsi aparmaq üçün bölgәdәki ölkәlәrә getdilәr. Yeri gәlmişkәn qeyd edәk ki, keçәn ay Özbәkistan Cümhuriyyәtinin xahişi ilә türkiyәli hәkimlәrdәn ibarәt bir heyәt bu ölkәdә tәcrübә mübadilәsi apardı.

Türkiyәnin müvafiq qurumları yeni növ koronavirusla mübarizә çәrçivәsindә bölgәdәki ölkәlәrin rәsmilәri ilә danışıqlarını davam etdirir. Türkiyә attığı bu addımlar ilә epidemiya ilә mübarizәdә Avrasiya ölkәlәrinin yanında olduğunu göstәrmәyә çalışır.

Türkiyәnin epidemiyaya qarşı aparılan mübarizәni yaxşı idarә etmәsi Avrasiya ölkәlәrinin diqqәtini çәkir. Türkiyәnin Sәhiyyә Nazirliyi payızda Türk Şurasına üzv dövlәtlәrin nümayәndә heyәtlәrini Türkiyәyә dәvәt edәcәk vә öz tәcrübәlәrini onlarla bölüşәcәk. Әslindә şuraya üzv dövlәtlәrin hәkimlәrinin onlayn şәkildә apardığı tәcrübә mübadilәsi daha әvvәl başlamışdı. Türkiyәnin sәhiyyә sektoruna yatırdığı investisiyalar vә  epidemiya dövründә  nümayiş etdirdiyi  müvәffәqiyyәtli mübarizә Türkiyәni  dünyanın sәhiyyә turizmi mәrkәzlәrindәn birinә çevirәcәk.

Yeni növ koronavirus yayıldığı gündәn bәri Türkiyә 130-dәk ölkәyә tibbi lәvazimat göndәrib. Türkiyә dost vә qardaş ölkәlәrә yardım etmәyә davam edir. Türkiyә epidemiya dövründә öz gücünü göstәrdi. Rәsmi Ankaranın bu siyasәtinin  Avrasiya dövlәtlәrindәki vәtәndaşlara da faydası var. Dünyanın әn güclü on ölkәsindәn biri olmağa çalışan Türkiyә Türk Dünyası üçün nümunә olmağa davam edәcәk. Bölgәdәki ölkәlәr öz aralarında hәmrәy olmağa davam etdiklәri tәqdirdә  bu prosesin öhdәsindәn daha güclü şәkildә gәlә bilәcәklәr.



Әlaqәli Xәbәrlәr