Türk Şurasının sәhiyyә sahәsindә atdığı addımlar

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türk Şurasının sәhiyyә sahәsindә atdığı addımları qiymәtlәndirәcәyik.

1437857
Türk Şurasının sәhiyyә sahәsindә atdığı addımlar

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Türk Şurasının sәhiyyә sahәsindә atdığı addımları qiymәtlәndirәcәyik.

Türk Şurasına üzv dövlәtlәrdә yeni növ koronavirusa yoluxanların ümumi sayı 200 mini keçib vә bu rәqәm hәr ötәn gün artmaqda davam edir. Bu sәbәbdәn Türk Şurasına üzv dövlәtlәr sәhiyyә sahәsindәki fәaliyyәtlәrini davam etdirmәyә sәy göstәrmәlidirlәr.

2020-ci ilin 28  aprel tarixindә Türk Şurasına üzv dövlәtlәrin sәhiyyә nazirlәri videokonfrans formatında iclas keçiriblәr. İclasda Türk Şurası yanında fәaliyyәt göstәrәcәk  Koordinasiya Komitәsinin yaradılması mәsәlәsi ilә bağlı qәrar qәbul edilib. 2020-ci ilin 8 iyun tarixindә Türk Şurası yanında fәaliyyәt göstәrәn Koordinasiya Komitәsinin ilk iclası keçirilib. İclasa Türk Şurasına üzv dövlәtlәrin sәhiyyә nazirlәrinin müavinlәri qatılıblar. İclasda tәrәflәr  ‘‘COVİD-19’’un qarşısının alınması mәsәlәsini müzakirә ediblәr vә epidemiyanın müalicәsi mövzusu әtrafında fikir mübadilәsi aparıblar. Tәrәflәr hәmçinin aparıcı tibb mütəxəssislərinin iştirakı ilə onlayn təlimlərin keçirilmәsi vә elmi konfransların keçirilmәsi mövzusunda razılıq әldә ediblәr. Türk Dünyasının sәhiyyә işçilәri ilk fürsәtdә İzmirdәki karantin adasında birgә proqramların ilkini hәyata keçirәcәk. ''COVID-19''a qarşı mübarizədə vahid məlumat bazası və epidemioloji monitorinq sisteminin yaradılması barədə də razılaşmalar əldə edilib. Bundan əlavə, hər bir ölkədən 10 alimin qatılacağı " Elmi  Qrup’’un  yaradılması da qəbul edilib. Qarşıdakı  dövrdə sәhiyyә sahәsindә Biznes Forum keçirilәcәk.

İclasda Türk Şurasına üzv dövlәtlәrin  koronavirusa qarşı dәrman hazırlamaq ilә bağlı apardığı fәaliyyәlәrә Türkiyәnin rәhbәrlik etmәsi ilә bağlı qәrar da qәbul edilib. Türkiyә bu çәrçivәdәki fәaliyyәtlәrini davam etdirir.

Türkiyәnin Bişkekdә inşa etdiyi xәstәxana pandemiya ilә mübarizә çәrçivәsindә xәstә qәbul etmәyә başladı. Türkiyә digәr Türk Cümhuriyyәtlәrinә yardım etmәyә davam edir.

Türk Şurası pandemiya dövründә Ümumdünya Səhiyyə Təşkilatının rәhbәrini ilk fövqəladə zirvə iclasına dәvәt edib. Türk Şurası yanında fәaliyyәt göstәrәcәk  Elmi  Şura və ‘‘COVID-19’’ Monitorinq Sistemi  pandemiya ilə mübarizədə mühüm rol oynayacaqdır.

''COVID-19''un qısa müddətdə bitməməsi başda sağlamlıq turizmi olmaqla  bütün sahələrin öz işlәrini davam etdirmәsini tələb edir. Bu dövrdә  dövlətlər arasındakı münasibətləri güclәndirmәk , insanların həyatını asanlaşdırmaq və ön plana çıxarmaq әhәmiyyәt kәsb edir.

Epidemiya sәbәbindәn Qәrbdәki bәzi dövlәtlәrin sәhiyyә sisteminin çökmәsi sәhiyyә sisteminin dövlәtin nәzarәti altında olmasının vacibliyini bir daha göstәrib. Sәhiyyә sahәsindәki birgә fәaliyyәtlәr ‘‘Türk-Gәlәcәyi-2040’’ Sәhiyyә Proqramına möhkәm zәmin tәmin edәcәk.



Әlaqәli Xәbәrlәr