Vladimir Putin İlham Əliyevə zəng edərək üzr istəyib və mərhumların ailələrinə başsağlığı verib

Rəsmi Kreml tərəfindən verilən açıqlamada bildirilib...

2224980
Vladimir Putin İlham Əliyevə zəng edərək üzr istəyib və mərhumların ailələrinə başsağlığı verib

 

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində hava hücumundan müdafiə sistemi tərəfindən vurulması səbəbilə Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək üzr istəyib. 

Rəsmi Kreml tərəfindən verilən açıqlamada bildirilib: "Sərnişin təyyarəsi Qroznıya eniş etməyə çalışarkən bölgə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına məruz qalırdı. Rusiya hava hücumundan müdafiə sistemləri bu hücumlara qarşı mübarizə edirdi. Putin hadisənin Rusiya hava məkanında baş verməsi səbəbindən Əliyevdən üzr istəyib və həyatını itirənlərin ailələrinə başsağlığı verib. Rusiya İstintaq Komitəsi təyyarənin vurulması ilə bağlı istintaqı davam etdirir. Mülki və hərbi ekspertlər dindirilir." 

Xatırladaq ki, 25 dekabrda Bakı-Qroznı reysi üzrə uçan AZAL-a məxsus “Embraer 190” tipli təyyarə qəzaya uğramışdı. AZAL təyyarədə 5 nəfərlik ekipaj və 62 sərnişindən ibarət 67 nəfərin olduğunu açıqlamışdı. Qəzada 38 nəfərin həyatını itirdiyi, 29 nəfərin isə sağ qurtulduğu bildirilmişdi. 

Azərbaycanlı rəsmilər təyyarənin Rusiyaya məxsus "Pantsir-S" hava hücumundan müdafiə sistemi tərəfindən vurulması iddiasını təsdiqləmişdilər. 



Әlaqәli Xәbәrlәr