Azərbaycan Müdafiə Nazirliyi ələ keçirilən hərbi texnikanın siyahısını açıqladı
Azərbaycan Müdafiə Nazirliyi Qarabağda qanunsuz Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirilən antiterror əməliyyatından sonra ələ keçirilən hərbi texnika, silah və sursatların siyahısını açıqlayıb




Azərbaycan Müdafiə Nazirliyi Qarabağda qanunsuz Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirilən antiterror əməliyyatından sonra ələ keçirilən hərbi texnika, silah və sursatların siyahısını açıqlayıb.
Nazirlikdən verilən məlumatda bölgədəki qanunsuz erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsi istiqamətində işlərin davam etdiyi bildirilib.
Açıqlamada ələ keçirilən hərbi texnika, silah və sursatların siyahısı paylaşılıb: 4 tank, 1 piyada zirehli maşını, 3 “Zastava” quraşdırılmış zirehli texnikası, 2 top, 12 haubitsa, 12 minamyot, 468 mina, 956 minamyot yükləyən maşın, 441 minamyot mərmisi, 22 qumbaraatan, 46 qumbaraatan mərmisi, 313 vahid atəşli silah, 66 min 242 güllə, 50 raket, 300 detonator, 62 əl qumbarası, 3 tank əleyhinə “Fagot”, 28 zenit silahı, 1 sursat təchizatı maşını, 1 TOR M2 zenit silahı.
Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev “X” hesabında mövzu ilə bağlı paylaşımında işğal dövründə Qarabağın barıt çəlləyinə çevrildiyini bildirib və deyib: “Tərksilah prosesinin ilk 3 günü göstərdi ki, işğal illərində Azərbaycanın Qarabağ bölgəsi hərbi anbarların və toplanmış silahların sayına görə dünyanın ən hərbiləşdirilmiş bölgəsinə və silah-barıt çəlləyinə çevrilib. Biz bölgənin əhali və səth sahəsi nisbətinə görə bu qədər hərbiləşdiriləcəyini gözləmirdik”.