Ərdoğan və Stoltenberq telefonla danışıblar

Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqlə telefonla danışıb.

1961544
Ərdoğan və Stoltenberq telefonla danışıblar

Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqlə telefonla danışıb.

Prezident Aparatından verilən məlumata görə, görüşdə Finlandiya və İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı proses müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Finlandiyanın bu prosesdə tutduğu mövqe ilə İsveçdən müsbət şəkildə fərqləndiyini ifadə edərək, Finlandiyanın NATO-ya üzvlük Protokolunun Türkiyə Böyük Millət Məclisində (TBMM) ratifikasiya prosesinə başlamağı qərara aldıqlarını bildirib.

İsveçlə danışıqları yaxşı niyyətlə davam etdirmək əzmində olduqlarını bildirən Ərdoğan prosesin necə davam edəcəyinin İsveçin atacağı konkret addımlardan birbaşa asılı olacağını qeyd edib.

Digər tərəfdən, Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokol Prezident Ərdoğan tərəfindən imzalanaraq Türkiyə Böyük Millət Məclisi Sədrliyinə təqdim edilib.

NATO-nun Baş katibi Stoltenberq də verdiyi yazılı açıqlamada Türkiyenin Finlandiyanın NATO-ya üzvlük protokolunun Türkiye Böyük Millət Məclisində təsdiq prosesinə başlaması qərarını alqışladığını bildirib.

Stoltenberq "Bu, Finlandiyanın təhlükəsizliyini, İsveçin təhlükəsizliyini və NATO-nun təhlükəsizliyini gücləndirəcək. Ümid edirəm ki, TBMM ən qısa zamanda təsdiq üçün səs verəcək" deyib.



Әlaqәli Xәbәrlәr