BMT TŞ Liviya seçkiləri üçün yüksək səviyyəli komissiyanın yaradılmasını dəstəkləyib

Liviyanın bütün qurumları əməkdaşlığa çağırılıb və qeyri-hökumət təşkilatlarının sərbəst hərəkət etməsinin vacib olduğu vurğulanıb.

1960988
BMT TŞ Liviya seçkiləri üçün yüksək səviyyəli komissiyanın yaradılmasını dəstəkləyib

BMT Təhlükəsizlik Şurası Liviya seçkiləri üçün yüksək səviyyəli komissiyanın yaradılmasını dəstəkləyib
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) BMT-nin Liviya üzrə xüsusi elçisi Abdoulaye Bathilynin ölkədə seçkilərin keçirilməsinə kömək etmək üçün yüksək səviyyəli komissiya yaradılması təklifini dəstəkləyib.
BMT TŞ sədrinin verdiyi yazılı açıqlamada seçki prosesinin “iştirakçı və təmsilçi” olması, eyni zamanda konstitusiya əsasının və seçki qaydalarının tamamlanmasının vacibliyi qeyd edilib.

Bəyanatda bu addımların bütün Liviya tərəfləri üçün məqbul nəticə əldə etmək üçün zəruri olduğuna diqqət çəkilərək, bütün tərəflər Bathilinin səylərini dəstəkləməyə çağırılıb.

Bu çərçivədə Liviyanın bütün qurumları əməkdaşlığa çağırılıb və qeyri-hökumət təşkilatlarının sərbəst hərəkət etməsinin vacib olduğu vurğulanıb.

Bəyanatda "BMT TŞ Bathilinin seçkilər üçün yüksək səviyyəli komissiya yaradılması təklifini ümidverici hesab edir. Bu komissiyanın bütün tərəflərin əldə etdiyi irəliləyişə dəstək verəcəyi və tərəfləri bir araya gətirəcəyi qiymətləndirilir" deyilib.

Bəyanatda BMT TŞ Liviyada sülh, sabitlik, təhlükəsizlik və siyasi transformasiyanı təhdid edən şəxslər və təşkilatların sanksiyalar siyahısına əlavə oluna biləcəyi barədə xəbərdarlıq da edilib.



Әlaqәli Xәbәrlәr