Şanlıurfa və Adıyamanda sel nəticəsində həyatını itirənlərin sayı 14 nəfərə çatıb

Şanlıurfa və Adıyamanda sel nəticəsində həyatını itirənlərin sayı 14-ə yüksəlib.

1960401
Şanlıurfa və Adıyamanda sel nəticəsində həyatını itirənlərin sayı 14 nəfərə çatıb

Şanlıurfa və Adıyamanda sel nəticəsində həyatını itirənlərin sayı 14-ə yüksəlib.

Daxili işlər naziri Süleyman Soylu dünən baş verən sel fəlakəti ilə bağlı açıqlamalar verib.

Süleyman Soylu “Şanlıurfada 12 vətəndaşımız, Adıyamanda isə iki vətəndaşımız həyatını itirdi. 5 nəfərin axtarışı davam edir" deyib.

İtkin düşmüş şəxslərin axtarışlarının davam etdiyini vurğulayan Soylu deyib:

“Xəsaratın qiymətləndirilməsi işlərinə də dərhal başlanılıb”.

Şanlıurfada 2 gündə təsirli olan yağıntının illik ortalamadan 2 dəfə çox olduğu bildirilib.

Ərazidə güclü yağış xəbərdarlığı edilir.



Әlaqәli Xәbәrlәr