Türkiyedə zəlzələ nəticəsində həlak olanların sayı 3419 nəfərə çatıb

Vitse-prezident Fuat Oktay episentri Kahramanmaraş vilayəti olan zəlzələlərdə 3419 nəfərin həyatını itirdiyini, 20 534 nəfərin isə yaralandığını açıqlayıb.

1943113

Oktay zəlzələlər zamanı dağıntılar altından 8 mindən çox insanın xilas edildiyini bildirib.

Vitse-prezident qeyd edib ki, zəlzələ bölgələrinə başqa ölkələrdən 3294 axtarış-xilasetmə heyəti gəlib.

Digər tərəfdən, 30 yaşlı Hülya Yılmaz və 6 aylıq körpəsi Ayşə Vera Yılmaz Hatay şəhərinin Odabaşı səmtində çökən binanın dağıntıları altından 29 saat sonra xilas edilib.

Hülya Yılmaz və körpəsi müalicə üçün xəstəxanaya aparılıb.

Kahramanmaraşda da dağıntılar altında qalan gənc qız zəlzələdən 28 saat sonra xilas edilib.

Qaziantepdə bir qadın 25 saat sonra dağıntılar altından xilas edilib.

Uçmuş binaların yerləşdiyi ərazilərdə axtarış-xilasetmə işləri davam edir.

Türkiyenin Qızıl Aypara Cəmiyyəti tərəfindən ilkin olaraq zəlzələ bölgələrinə göndərilən 10 min nəfərlik çadırlar qurulmağa başlayıb.

Qeyd edək ki, Türkiye fevralın 6-da yerli vaxtla saat 04:17-də Kahramanmaraş vilayətinin Pazarcık qəsəbəsində 7,7 bal, saat 13:24-də isə Elbistan qəsəbəsində 7,6 bal gücündə iki zəlzələ ilə sarsıldı. 

Әlaqәli Xәbәrlәr