Azərbaycandan zəlzələ bölgəsinə gələn FHN-in çevik qüvvələri Adanaya çatıb

Türkiyedə baş verən zəlzələ ilə bağlı Azərbaycandan yola çıxan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrindən ibarət heyət Adanaya çatıb.

1942614

FHN-in çevik xilasetmə qüvvələrini daşıyan təyyarə Şakirpaşa Hava Limanına eniş edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyedə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 400 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyeyə yola düşüb.

Qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyəti daxildir.

Әlaqәli Xәbәrlәr