Qazaxıstanın Konstitusiya Məhkəməsi :Nazarbayev haqqında qanun etibarsızdır

Qazaxıstanın Konstitusiya Məhkəməsi qurucu prezident Nursultan Nazarbayevə verilən status və səlahiyyətləri özündə əks etdirən qanunun ləğv edilməsini təsdiqləyib.

1931264

Məhkəmədən verilən yazılı açıqlamada qərarın iyunun 5-də ölkə boyu keçirilən konstitusiya referendumunun nəticələrinə əsasən qəbul edildiyi bildirilib. 

Bəyanatda "Qazaxıstan Respublikasının ilk Prezidenti-Elbaşı haqqında Qanunun yenilənmiş Konstitusiyada etibarlı sayılacaq heç bir hüquqi əsası yoxdur və buna görə də qüvvədən düşmüş kimi tanınmalıdır" deyilib.

Belə ki, məhkəmənin qərarına əsasən, Nazarbayevə ilk prezident kimi bəzi status və səlahiyyətlər verən maddələr Konstitusiyadan çıxarılacaq.

Bu, Nazarbayevin Konstitusiya ilə təmin edilmiş toxunulmazlığına təsir etməyəcək. Amma onun ailəsi toxunulmazlıq hüquqlarını itirəcək.

Məclis və Senatdan ibarət parlament bu məsələni gələn həftə birgə iclasda müzakirə edəcək.

Әlaqәli Xәbәrlәr