Türkiye Azərbaycana elektrik avadanlıqları ixracını 30 faizə qədər artırıb

Türkiye 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana elektrik avadanlıqları ixracını ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,2 faiz artıraraq 188,7 milyon dollara çatdırıb.

1916210

Türkiye Ticarət Nazirliyindən verilən məlumata görə, noyabr ayında Türkiye Azərbaycana elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 16 faiz artıraraq 17,1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyenin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 13,7 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiye 1,4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 12,6 faiz çoxdur.

Әlaqәli Xәbәrlәr