Azərbaycan İrana nota göndərdi

Hazırda məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir

1914301
Azərbaycan İrana nota göndərdi

 

  Azərbaycan 14 İran vətəndaşının erməni əhalisinin yaşadığı və Rusiya qüvvələrinin müvəqqəti yerləşdirildiyi bölgəyə qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar nöqtədən daxil olması xəbərini araşdırmaq üçün İrana nota verib.

  “Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər ölkəmizin milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir”, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti katibi Ayxan Hacızadə yerli media nümayəndələrinin məsələ ilə bağlı sualına cavabında deyib.

  O bildirib ki, İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı məlumata aydınlıq gətirilməsi məqsədilə İranın Azərbaycandakı səfirliyinə nota göndərilib. Hazırda məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir.



Әlaqәli Xәbәrlәr