“Bütün xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşib, ona görə də…” İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev avqustun 26-dan Azərbaycanın nəzarətinə keçən Laçın şəhərinə gedib

1883258
“Bütün xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşib, ona görə də…” İ.Əliyev

 

  Azərbaycan prezidenti İlham Əliyev avqustun 26-dan Azərbaycanın nəzarətinə keçən Laçın şəhərinə gedib.

  Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, İ.Əliyev Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması mərasimindəki çıxışında Laçının işğal dövründə ermənilər tərəfindən dağıdıldığını diqqətə çatdıraraq deyib: "Ermənilər Laçının bəzi yerlərində qanunsuz məskunlaşıblar. Suriya və Livandan erməni əsilli adamları gətirib burada qanunsuz yerləşdiriblər. Bütün beynəlxalq konvensiyalarda hərbi cinayət sayılan bu iş dünya ictimaiyyəti və dövlətlər qarşısında törədilib.

  Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, bu işlə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri buna məhəl qoymadılar. Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedərkən burada qeyri-qanuni məskunlaşmaların olduğunu, Azərbaycana məxsus yer adlarının götürüldüyünü, tarixi Azərbaycan torpağı Laçının erməniləşdirildiyini görsələr də, göz yumdular. Azərbaycan xalqı da bunu qəbul edə bilmədi.

  Ermənistan son aylar yenə Azərbaycana qarşı təxribatlar törədir. Müharibənin başa çatmasına baxmayaraq, ermənilər hələ də bölgəyə mina basdırır. Biz bu işlərə heç vaxt razı ola bilmərik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişik ki, bu şeylərdən əl çəksin. Nəticədə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədəndə Azərbaycan ordusu cavab verdi və düşməni təkrar yerində oturtdu. Ümid edirəm ki, bu, onlara dərs olar, çünki bizi heç kim və heç nəyin dayandıra bilmədiklərini gördülər.

  Görürük ki, Ermənistan sülh istəmir və hələ də qisasçılıq fikirləri ilə yaşayır.

  Biz öz torpağımızdayıq və torpağımızı qoruyuruq.

  İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər. Yəni bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir.

  Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq.

  Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”.

 



Әlaqәli Xәbәrlәr